«Dini etiqad
azadlığı haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq qərara alır:
"Dini
etiqad azadlığı haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992, ¹ 16, maddə 694; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddələr 171, 226, ¹ 4, maddə
287; 1998, ¹ 1, maddə 16; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 6, maddə
328, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddə 16; 2005, ¹ 8, maddə 684;
2009, ¹ 5, maddə 314, ¹ 7, maddələr 512, 517; 2011, ¹ 2, maddə
71, ¹ 7, maddə 604) 22-ci maddəsi aşağıdakı
redaksiyada verilsin:
"Maddə
22. Dini təyinatlı ədəbiyyat (kağız və
elektron daşıyıcılarında), audio və video
materiallar, mal və məmulatlar və dini məzmunlu başqa
məlumat materialları
Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.
Nəzarət
markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın
(kağız və elektron daşıyıcılarında),
audio və video materialların, mal və məmulatların və
dini məzmunlu başqa məlumat materiallarının
satışı yalnız müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə
yaradılmış ixtisaslaşdırılmış
satış məntəqələri vasitəsilə həyata
keçirilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 fevral
2013-cü il
Azərbaycan.-2013.- 17 aprel.- S.4.