Amerika Birləşmiş
Ştatlarının Prezidenti zati-aliləri cənab Barak
Obamaya
Hörmətli cənab Prezident!
Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər məni son dərəcə kədərləndirdi.
Baş
vermiş bu faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına,
bütün Amerika xalqına dərin hüznlə
başsağlığı verir, yaralananların və xəsarət
alanların tezliklə sağalmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 aprel 2013-cü il
Azərbaycan.-2013.- 17 aprel.- S.5.