Azərbaycan ilə İndoneziya
arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
Aprelin
16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
ölkəmizdə səfərdə olan İndoneziya
parlamentinin Nümayəndələr Palatasının sədri
Marzuki Alienin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, görüşdə Marzuki Alie sürətlə
inkişaf etmiş Azərbaycan ilə tanışlıqdan məmnunluğunu
ifadə etmişdir. Qeyd etmişdir ki, səfərin əsas məqsədi
Azərbaycanın və İndoneziyanın qanunverici
orqanları arasında, eləcə də iqtisadi, mədəni
sahələrdə ikitərəfli əməkdaşlığın
inkişaf perspektivlərinə dair danışıqlar
aparmaqdır. Marzuki Alie səfərin iki dost ölkə
arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə
xidmət edəcəyinə əminliyini bildirmişdir.
Görüşdə
diqqətə çatdırılmışdır ki,
indoneziyalı iş adamlarının regionda lider dövlətə
çevrilmiş Azərbaycan ilə əlaqələrini daha
da genişləndirmək və ölkə iqtisadiyyatına
investisiya qoymaq niyyətləri bu münasibətlərin
müsbət əhəmiyyət kəsb etməsindən xəbər
verir. Belə ki, energetika, yeyinti sənayesi, kənd təsərrüfatı,
turizm, təhsil, mədəniyyət və digər sahələrdə,
xüsusilə də istehsal və qeyri-neft sektorunun
inkişafında birgə işin səmərəliliyi
vurğulanmışdır.
Azərbaycanın
beynəlxalq aləmdə bütün mütərəqqi
ölkələrlə əlaqələri inkişaf etdirməyə
hazır olduğunu deyən Baş nazir Artur Rasizadə
İndoneziya ilə də əlaqələrin dərinləşdirilməsi
üçün hökumət
tərəfindən bütün lazımi şəraitin
yaradılacağını diqqətə
çatdırmışdır. Bütün beynəlxalq tədbirlərdə
Azərbaycanın haqq işini müdafiə edən
İndoneziyaya minnətdarlığını bildirən
Baş nazir Ermənistanın ölkəmizə qarşı hərbi
təcavüz siyasəti və beynəlxalq hüquq
normalarına zidd davranışları barədə ətraflı
məlumat vermişdir.
Görüşdə
həmçinin tərəfləri maraqlandıran digər məsələlərlə
bağlı fikir mübadiləsi də
aparılmışdır.
Azərbaycan.-2013.- 17 aprel.- S.6.