Beynəlxalq konfransın
iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət etmişlər
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadənin
başçılıq etdiyi
MDB Müsəlmanları Məşvərət
Şurasının ikinci iclası çərçivəsində
Bakıda keçirilən
"MDB müsəlmanları
sülhün və sabitliyin
tərəfdarlarıdır" mövzusunda beynəlxalq konfransın
iştirakçıları
aprelin 16-da Fəxri xiyabana
gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini anmış, onun məzarı
önünə əklil qoymuşlar.
Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
da xatirəsi anılmış,
məzarı önünə
güllər
qoyulmuşdur.
Sonra
qonaqlar Şəhidlər xiyabanına gedərək ölkəmizin
azadlığı və suverenliyi uğrunda canlarından
keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini
anmış, məzarlarına tər çiçəklər
düzmüşlər.
Bakının
ən uca nöqtəsindən
Azərbaycan paytaxtının mənzərəsini seyr edən
qonaqlara Şəhidlər
xiyabanının tarixi və
şəhərdə aparılan quruculuq işləri barədə
ətraflı məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 17 aprel.- S.7.