Azərbaycan Prezidenti İlham Əliyev
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və
əmək məsələləri üzrə
müşavirini və ABŞ Beynəlxalq İnkişaf
Agentliyi administratorunun müavinini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Administratorunun Avropa və Avrasiya üzrə müavini xanım Aleksander Peyci qəbul etmişdir.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə uğurlu
inkişafından məmnunluq ifadə olundu, Azərbaycan
Silahlı Qüvvələrinin Beynəlxalq sülhməramlı
missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd
edildi, əməkdaşlığımızın
hazırkı vəziyyəti və perspektivləri ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 18 aprel.- S.5.