Venesuela Bolivar Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Nikolas Maduro Morosa

 

Hörmətli cənab Maduro!

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Venesuela arasındakı dostluq əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Venesuela xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 18 aprel.- S.5.