İran İslam
Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud
Əhmədinejada
Hörmətli
cənab Prezident!
Ölkənizin
cənub-şərqində baş vermiş zəlzələnin
doğurduğu ağır nəticələr barədə xəbər
bizi son dərəcə sarsıtdı.
Bu
faciə ilə əlaqədar dərdinizi
bölüşür, Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, qardaş İran xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verir, yaralananlara və xəsarət
alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin
tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah
rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 aprel 2013-cü il
Azərbaycan.-2013.- 17 aprel.- S.5.