«Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu
sisteminin banisi» mövzusunda nəzəri-praktik konfrans
olmuşdur
Aprelin
17-də Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın (DQMK) təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - Azərbaycanın
müasir dövlət
qulluğu sisteminin banisi" mövzusunda nəzəri-praktik konfrans
keçirilmişdir.
AzərTAc xəbər verir
ki, DQMK-nın sədr müavini Vəfadar Misirov konfransı açaraq Azərbaycanda dövlət
quruculuğu, dövlət
idarəetmə sisteminin
formalaşması və
dövlət qulluğunun
inkişafı proseslərində
xalqımızın ümummilli
lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev görkəmli siyasi xadim olmaqla
yanaşı, müasir
və müstəqil Azərbaycan dövlətinin
qurucusu, bir nömrəli dövlət
qulluqçusu kimi tarixə düşmüşdür.
Bu siyasət hazırda
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Sonra ümummilli
lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş
olunmuşdur.
DQMK-nın sədri
Bəhram Xəlilov ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə dilimizin dövlət, sovet və partiya orqanlarında işlək
dilə çevrilməyə
başladığını qeyd etmişdir. Vurğulamışdır ki, ümummilli liderin sayəsində
1978-ci ildə qəbul
olunmuş Azərbaycan
SSR-in Konstitusiyasında Azərbaycan
dili rəsmən dövlət dili elan edilmişdir. Hələ
SSRİ dövründə gənclərin
xaricə oxumağa göndərilməsi, milli
kadrların dövlətin
idarə edilməsində
irəli çəkilməsi,
müstəqil Azərbaycan
Konstitusiyasının hazırlanması
ulu öndərin adı ilə bağlıdır.
Dahi şəxsiyyətin müstəqillik
dövründə dövlət
qulluğunun təkmilləşdirilməsi
məqsədi ilə atdığı addımlardan
danışan B.Xəlilov
bildirmişdir ki,
"Dövlət qulluğu
haqqında" qanun da daxil olmaqla,
dövlət qulluğuna
dair bir sıra qanunvericilik aktları ümummilli lider Heydər Əliyevin hakimiyyətdə
olduğu illərdə
qəbul olunmuş və "dövlət qulluğu" anlayışı
gündəmə gəlmişdir.
Konfransın əhəmiyyətini vurğulayan Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov müstəqil dövlətimizin
təşəkkül tapmasında,
möhkəmləndirilməsində və beynəlxalq aləmdə tanınmasında
ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən,
onun bu siyasi
xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsindən
danışmışdır. Bildirilmişdir ki, dövlət
qulluğunun inkişafı,
müasirləşdirilməsi və real tələblərə
cavab verə biləcək şəkildə
formalaşdırılması əslində dövlət
xidmətlərinin daha
da yüksək səviyyədə vətəndaşlarımıza
təqdim edilməsi məqsədini daşıyır.
Bu baxımdan dövlət qulluğu ilə bağlı vahid dövlət siyasətinin təşəkkül
tapması dövlətçiliyimizin
inkişafına xüsusi,
keyfiyyətcə yeni bir mərhələnin təcəssümüdür. Dövlət
qulluğunun təşkili
və icrası daha da yüksəlmişdir.
Tədbirdə
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər
Təşkilatının sədri Natiq Əhmədov,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin kadrlar şöbəsinin müdiri Zemfira Abbasova,
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin
insan resurslarının idarə edilməsi şöbəsinin
müdiri Şölə Əkbərova Azərbaycanda dövlət
qulluğunun inkişafından, bu istiqamətdə həyata
keçirilən tədbirlərdən
danışmışlar. Bildirmişlər ki, dövlət
qulluğunda işləmək üçün peşəkarların
imtahan və müsabiqələr yolu ilə qəbulu da
Prezident İlham Əliyevin bu sahəyə
ayırdığı xüsusi diqqətin nəticəsidir.
AzərTAc
Azərbaycan.-2013.- 18 aprel.- S.8.