Prezident İlham Əliyev
Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də
Argentina Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Karlos Dante Rivanın etimadnaməsini qəbul etmişdir.
Səfir
Karlos Dante Riva fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Karlos Dante Riva etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı son illər
ölkələrimiz arasında
ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham
Əliyev əlaqələrimizin
genişləndirilməsində müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin
önəmini qeyd etdi. Dövlət başçısı ölkələrimiz
arasında müxtəlif
istiqamətlərdə, o cümlədən
siyasi, iqtisadi, ticarət, parlamentlərarası
və digər sahələrdə yaxşı
tərəfdaşlıq əlaqələrinin
qurulduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin
beynəlxalq təşkilatlar
çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini
dedi. Dövlət başçısı səfirin ölkəmizdəki
diplomatik fəaliyyəti
dövründə tərəfdaşlıq
əlaqələrimizin daha
da gücləndiriləcəyinə
ümidvar olduğunu bildirdi.
Səfir
Karlos Dante Riva ölkələrimiz
arasında bir çox istiqamətlərdə,
o cümlədən səhiyyə,
kənd təsərrüfatı,
enerji və digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı.
Əməkdaşlığımızın
genişləndirilməsində birgə layihələrin önəmini qeyd edən diplomat bu istiqamətdə səylərini
əsirgəməyəcəyini dedi.
AzərTAc
Azərbaycan.-2013.- 19 aprel.- S.1.