«Azərbaycanda mövcud
və gələcək miqrasiya
islahatları» mövzusunda tədbir olmuşdur
Aprelin
18-də Azərbaycan Hüquqşünasları
Konfederasiyası (AHK) və Amerika Ticarət Palatasının
birgə təşkilatçılığı ilə
"Azərbaycanda mövcud və gələcək miqrasiya
islahatları" mövzusunda tədbir keçirilmişdir.
AzərTAc
xəbər verir ki, AHK-in idarə heyətinin sədri, Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli tədbirin əsas məqsədinin
xarici iş adamlarını "ASAN xidmət"in
imkanlarından istifadə etməyə təşfiq etməkdən
ibarət olduğunu bildirmişdir. Vurğulamışdır
ki, bu yolla iş adamları həm Azərbaycanın dövlət
orqanlarında həyata keçirilən islahatlarla
tanış olmaq imkanı qazanacaq, həm də öz işlərini
daha sadə və daha çevik qura biləcəklər.
Ə.Hüseynli
vurğulamışdır ki, "ASAN xidmət" əhalinin
müxtəlif təbəqələri arasında çox
müsbət rezonans yaratmışdır. Xidmətin şəffaflığı,
insanlara çox dəqiq, vaxtında, heç bir maneə
olmadan təmənnasız xidmət, "ASAN xidmət"in
ideyasının Prezident İlham Əliyev tərəfindən
verilməsi onun nə dərəcədə düzgün yol
seçildiyini göstərir.
"ASAN xidmət"in imkanlarından istifadə etmək
iş adamlarına gələcəkdə daha səmərəli
şərait yaradacaqdır.
Ə.Hüseyinli
demişdir ki, son illər ərzində ölkəmizdə həm
daxili, həm də xarici proseslərin
sürətlənməsi müşahidə olunur. Bu, ilk
növbədə ölkəmizin sürətli iqtisadi
inkişafı ilə bağlıdır.
Amerika
Ticarət Palatasının prezidenti İlqar Vəliyev və
Dövlət Miqrasiya Xidmətinin (DMX) baş idarə rəisi
İsmayıl Abdullayev çıxış edərək tədbirin
əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir
ki, bu tədbir miqrasiya sahəsində çalışan
mütəxəssislər və dövlət qurumları, o
cümlədən biznes strukturları üçün səmərəli
olacaqdır.
Qeyd
olunmuşdur ki, ölkəmizdə həyata keçirilən
irimiqyaslı iqtisadi, sosial layihələr və eyni zamanda
dövlətimizin demokratik mahiyyəti dünyanın müxtəlif
ölkələrindən iş adamlarının, əmək
miqrantların ölkəmizə axınını gücləndirmişdir.
Azərbaycanda miqrasiya qanunvericiliyi sahəsində mütəmadi
islahatlar həyata keçirilir və hazırda bu işlər
uğurla davam etdirilir.
Xüsusi
vurğulanmışdır ki, Miqrasiya Məcəlləsinin qəbulu
iş adamlarına böyük töhfə olacaqdır.
Sonra
DMX-nin təşkilat-nəzarət idarəsinin baş
inspektoru Xəyalə Abbasova "Miqrasiya xidməti sektorunda
aparılan son qanunvericilik islahatları", Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin beynəlxalq və ictimai əlaqələr
şöbəsinin müdiri Azad Cəfərli isə "ASAN
xidmət" mərkəzində göstərilən xidmət
növləri arasında miqrasiya xidməti barədə"
mövzularında təqdimatlarla çıxış
etmişlər.
Tədbir
müzakirələrlə davam etmişdir.
Azərbaycan.-2013.- 19 aprel.- S.3.