Səbail rayonunda birinci rübün sosial-iqtisadi inkişafının
yekunları müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyətində ətraflı müzakirə olunub. Tədbirdə rayonun təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərləri, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclası
açan Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov 2013-cü ilin ilk 3
ayı ərzində rayonda görülən işlər barədə
ətraflı məlumat verib. O bildirib ki, rayonun sənaye
müəssisələri tərəfindən 5,976,8 milyon
manatlıq məhsul istehsal edilib. Nəqliyyat müəssisələri
tərəfindən 153,4 milyon
manatlıq və ya keçən illə müqayisədə
7,8 faiz çox, rabitə müəssisələri tərəfindən
144,5 milyon manatlıq və ya keçən ilin müavifq
dövrünə nisbətən 1 faiz çox xidmətlər
göstərilmişdir. Bütün maliyyə mənbələri
hesabına əsas kapitala investisiya 899,6 milyon manat təşkil
edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən
36,7 faiz çox olub. Tikinti-quraşdırma işlərinə
yönəldilmiş investisiyanın həcmi 243,4 milyon manat təşkil
edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
tikinti-quraşdırma işləri 3,4 dəfə
artmışdır. 2013-cü ilin birinci rübü ərzində
Səbail rayonu ərazisində 536 yeni iş yeri
açılmışdır ki, bunların da hamısı
daimi iş yerləridir. Ümumilikdə 2009-cu ildən 2013-cü
ilin mart ayına kimi Səbail rayonunda 9030 daimi iş yeri
açılmışdır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq cari ilin ilk 3 ayı ərzində 3 saylı Vərəm Əleyhinə Dispanserdə, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbində və A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasında, 44 saylı uşaq bağçasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulmuş, Bibiheybət qəsəbəsində poçt məntəqəsi açılmışdır.
A.Əsgərov əlavə etdi ki, hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintiləri, habelə Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması, "Qız qalası"nda bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılmış, yola yeni asfalt örtüyü çəkilmişdir.
İclasda Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Milli Məclisin deputatı Fuad Muradov və başqaları çıxış etmişlər.
İclasda
əldə olunmuş nailiyyətlərlə yanaşı, həm
də həllini gözləyən problemlər,
çatışmazlıqlar və onların aradan
qaldırılması yolları, rayonda aparılması nəzərdə
tutulan abadlıq işləri və vətəndaşların
müraciətləri ilə bağlı görülən
işlər də müzakirə olunub.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 19 aprel.- S.8.