Tareq UBRU: Azərbaycan dünyəvilik
nümunəsidir
Aprelin 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın Bordo şəhər məscidinin rəhbəri Tareq Ubrunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu demiş, ölkəmizdə tarixən bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşadığını vurğulamışdır. Nazir qeyd etmişdir ki, dünyada sülhü təşviq edən İslam dininin terrorla əlaqələndirilərək təqdim edilməsi çox yanlış bir addımdır.
Azərbaycanı
dünyəvilik nümunəsi adlandıran T.Ubru ölkəmizdə
yüksək tolerantlığın şahidi olduğunu
vurğulamışdır. Azərbaycanın təcrübəsinin
öyrənilməsinin vacibliyini qeyd edən T.Ubru
bildirmişdir ki, ölkəmizin haqq səsinin Avropaya
çatdırılmasında, Fransa ilə münasibətlərin
daha da genişləndirilməsində köməklik göstərməyə
hazırdır.
Azərbaycan.-2013.- 19 aprel.- S.8.