Qahirədə «Heydər Əliyev və Azərbaycanın
siyasi və iqtisadi inkişaf modeli» mövzusunda
seminar-simpozium
Azərbaycanın
Misirdəki səfirliyi tərəfindən Qahirə şəhərində
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin
tələbələri üçün "Heydər Əliyev
və Azərbaycanın siyasi və iqtisadi inkişaf
modeli" mövzusunda seminar-simpozium keçirilmişdir.
Səfirliyin
məlumatına görə, seminar çərçivəsində
tələbələrə ulu öndər Heydər Əliyevin
həyat və yaradıcılığı, müstəqilliyimizin
ilk illərində Azərbaycanın üzləşdiyi
çətinliklər və belə bir tarixi məqamda
ümummilli liderin xalqın təkidli tələbi ilə
siyasi hakimiyyətə qayıtması barədə məlumat
verilmişdir.
Bildirilmişdir
ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə qısa müddət ərzində ölkədə
siyasi və makroiqtisadi sabitlik təmin olunmuş, Azərbaycanın
uzunmüddətli inkişaf strategiyasının əsası
qoyulmuş və insan hüquqları, demokratikləşdirmə,
iqtisadi sahədə fundamental işlər
görülmüş və köklü islahatlar
aparılmış, xarici sərmayənin cəlb edilməsi
üçün əlverişli mühit
yaradılmışdır.
Seminar-simpoziumda
1993-cü ilə aid makroiqtisadi göstəricilər ilə
2013-cü ilin rəqəmləri arasında müqayisə
aparılmış və Azərbaycanın əldə etdiyi
nailiyyətlər iştirakçıların diqqətinə
çatdırılmışdır.
Qısa müddət ərzində
Azərbaycanda əldə olunmuş siyasi sabitlik və təhlükəsizlik,
xalqın siyasi liderin ətrafında birləşməsi,
iqtisadi inkişaf, sosial, elm-təhsil və humanitar sahədə
qazanılmış nailiyyətlər və Azərbaycanın
keçid dövrünü uğurla başa vuraraq orta səviyyəli
gəlirli ölkələr sırasına çıxması
və inkişaf etmiş dövlət statusunu əldə etməyi
qarşısına məqsəd qoyması tələbələrin
xüsusi marağına səbəb olmuşdur.
Simpozium
çərçivəsində tələbələrin ulu
öndər Heydər Əliyevin həyat və
yaradıcılığı, Azərbaycanın siyasi və
iqtisadi inkişaf modelinin müxtəlif aspektləri,
Konstitusiyanın hazırlanması prosesi, demokratik
islahatların aparılması və vətəndaşların
həyat şəraitinin yaxşılaşdırılması
kimi hazırda Misir üçün də aktual olan problemlər
barədə sualları cavablandırılmış,
ümummilli lider Heydər Əliyev və Azərbaycan
haqqında sənədli film nümayiş etdirilmiş, tələbələrə
kitablar və digər çap materialları verilmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Qahirə
Azərbaycan.-2013.- 19 aprel.- S.9.