Gəncədə «Heydər Əliyev və
Azərbaycanda din siyasəti» mövzusunda «dəyirmi masa»
Gəncə
Dövlət Universitetində Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin təşkilatçılığı
ilə "Heydər Əliyev və Azərbaycanda din siyasəti"
mövzusunda "dəyirmi masa"
keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə
universitetin rektoru Yadigar Əliyev milli-mənəvi dəyərlərimizin
qorunmasına həssaslıqla
yanaşan ulu öndər Heydər Əliyevin
gördüyü işlərdən
danışmışdır.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin
birinci müavini Səyyad
Salahlının "Heydər Əliyev və milli-mənəvi
dəyərlərin qorunması" mövzusunda məruzəsi
dinlənildikdən sonra Gəncə Şəhər İcra
Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev,
AMEA-nın Gəncə Elmi Mərkəzinin direktor müavini
Samir Pişnamazzadə, Gəncə Dövlət Universitetinin
professoru Həsənbala Sadıqov, Qafqaz Müsəlmanları
İdarəsinin Gəncəbasar üzrə nümayəndəsi
Hacı Tahir, "Şah Abbas" cümə məscidinin dini
icmasının rəhbəri Əlisəftər Səfərəliyev
və başqaları çıxış edərək
ümummilli lider Heydər Əliyevin tez-tez din xadimləri ilə
keçirdiyi görüşlərdən, bu sahədə
onlara verdiyi məsləhət və tövsiyələrdən
danışmış, xalqın milli-mənəvi dəyərlərinin
qorunmasında göstərdiyi xidmətlərdən,
bütün bu xidmətlərin nəticəsi olaraq Azərbaycanı
tolerant ölkə kimi tanıtmasından söhbət
açmışlar.
Azərbaycan.-2013.- 19 aprel.- S.9.