Yüz yaşa doğru...

 

Mədəniyyət və İncəsənət Universiteti- 90

 

Prezident İlham Əliyev martın əvvəlində "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Mədəniyyət və incəsənət sahəsində yüksəkixtisaslı kadr hazırlığında və milli mədəniyyətin inkişafında mühüm xidmətləri olan bu nüfuzlu ali təhsil müəssisəsi şərəfli və zəngin tarixi yol keçib.

Mədəniyyətin müxtəlif sahələrini ixtisaslı kadrlarla təmin edən, xalqımızın mənəvi təkamülündə, estetik şüurunun formalaşmasında mühüm xidmətləri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tarixi keçmişinə boylandıqca maraqlı faktlarla üzləşirsən. Bu təhsil ocağı öz başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. Məktəbin yaradılması isə MilanKiyev şəhərlərində musiqi təhsili almış, opera səhnəmizin ilk professional aktrisası, xalq artisti Şövkət Məmmədovanın təşəbbüsü ilə olub. Bakı Teatr Məktəbi yalnız Azərbaycanda deyil, bütün Şərqdə ilk teatr təhsil ocağı idi. Unudulmaz dramaturq Cəfər Cabbarlı bu teatrla əlaqədar qələmə aldığı məqaləsində yazırdı: "Azərbaycan teatr məktəbi yalnız Azərbaycan deyil, bütün Şərq ölçüsündə böyük bir əhəmiyyətə malikdir".

Məktəbin ilk müəllimləri sırasında Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tuqanov və başqaları olub. İlk məzunları da sonralar Azərbaycanın tanınmış mədəniyyət xadimləri kimi bu günböyük ehtiram və məhəbbətlə xatırlayırıq. Fatma Qədri, Rza Əfqanlı, Hacıməmməd Qafqazlı, sonrakı illərdə isə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Ələsgər Şərifov, Nəsibə Zeynalova, Gülxar Həsənova və başqaları bu məktəbi bitirmişlər. İllər keçdikcə Bakı Teatr Məktəbinin müəllim və tələbələrinin sayı artmağa başladı. Onun məzunlarının sorağı Gürcüstan, Dağıstan, Özbəkistan və Türkmənistanın teatrlarından gəldi. O zaman məktəbin nəzdində yaradılmış studiyalarda aktyor sənəti, səhnə danışığı, rəqs və başqa fənlər tədris edilirdi. Doğrudur, o zaman bu dərsləri tədris edənlər elə də təcrübəyə, səriştəyə malik deyildilər. Dərs vəsaitləri də tapılmırdı. Məhz bu teatr məktəbinin Moskva teatr mühiti ilə ünsiyyət yaratması öz bəhrəsini verdi. Sonralar burada təhsil müddəti dörd il müəyyən edildi. İstedadlı insanların bu ocağa bağlanması onun fəaliyyətində yeni mərhələ yaratdı. Getdikcə müəllim heyətinin daha da zənginləşməsi, tədris planlarının, hazırlanan tamaşaların dolğunluğu, dərsliklərin yaranması öz təsirini göstərirdi. Mütəxəssislər o dövrü araşdırarkən bir fakt üzərində dayanırlar ki, Bakı Teatr Məktəbi Rusiyanın ali teatr məktəblərindən heçseçilmirdi.

1945-ci ildə bu təhsil ocağının bazasında teatr institutu yaradıldı. Adil İsgəndərov, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Məhərrəm Haşımov kimi rejissorlar, tanınmış aktyorlardan Hacıağa Abbasov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Müxlis Cənizadə öz bilik və təcrübələrini gənclərlə bölüşməyə başladılar. Görkəmli ədəbiyyatşünas alimlərdən Əli Sultanlı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əkbər Ağayev bu institutda dərs dedilər. Bütövlükdə Azərbaycanda teatrı inkişaf etdirmək üçün institutun məzunları təyinatla müxtəlif bölgələrə göndərilirdi. İstedadı ilə seçilənlər təhsillərini davam etdirmək üçün MoskvaLeninqrada (indi Sankt-Peterburq) ezam edilirdi.

Fəaliyyətə başlayandan səkkiz il sonra təhsil ocağına Mirzağa Əliyevin adı verildi. Ötən əsrin ortalarında bu məktəbin məzunları arasında məşhur sənətkarlar - Leyla Bədirbəyli, Nəcibə Məlikova, Məlik Dadaşov, Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov və başqaları da oldu. O zaman bu təhsil ocağına həqiqətən istedadı olanlar gəlirdilər. Bəlkə də elə bu səbəbdəndir ki, institut məzunları harada çalışmalarından asılı olmayaraq öz sənətləri və qabiliyyətləri ilə seçilirdilər.

İllər ötdükcə sələflər bir-birini əvəz edirdi. Məzunlar artıq Azərbaycanın görkəmli aktyor və rejissorlarından ibarət böyük bir ailə yaratmışdılar. İnstitutu bitirənlər arasında teatrşünas kimi məşhurlaşanlar doğma universitetdə pedaqoji fəaliyyətlə də məşğul olurdular. Dəyişikliklər öz bəhrəsini verirdi. Yeni fakültələr, ixtisaslar yaranırdı. Ötən əsrin 90-cı ilinə kimi burada çalışan elmlər namizədi və doktorlarının, professorların sayı 100-ü ötüb keçdi. Mədəniyyət və incəsənətin istər nəzəri, istərsə də praktik sahələrini əhatə edən yeni ixtisaslar şəbəkəsi quruldu. Aspirantura şöbəsi yaradıldı, müdafiə şurası təşkil edildi.

1991-ci ildə bu təhsil ocağı respublika ali məktəbləri arasında ilk dəfə olaraq universitet statusu qazandı. İmkanlarını getdikcə genişləndirən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində bu gün 7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan artıq ixtisasixtisaslaşmalar üzrə kadr hazırlanır.

Dünya ölkələri ilə əməkdaşlıq geniş imkanlar yaradır. Universitet bir sıra ölkələrin ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə bu faktlar kifayətdir ki, həmin əlaqələrin məzmununu anlayasan. Universitet 22 xarici ölkənin 46 ali məktəbi ilə ünsiyyət qurub. Bu ali məktəblərin 24-ü ilə universitet arasında hətta əməkdaşlıq müqaviləsi də imzalanıb. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir sıra xarici ölkələrdən, xüsusilə də Türkiyədən gələn gənclərin təhsil alması çox uğurdan xəbər verir. Çünki həmin məzunlara verilən diplomlar beynəlxalq sertifikata malikdir. Təhsil ocağının beynəlxalq aləmdə nüfuzunun artmasını təsdiqləyən bir fakt da onun Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvü olmasıdır.

Ölkə başçısının digər bir sərəncamı Azərbaycan peşəkar teatr tarixinin yaranmasının 140 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlıdır. Bu baxımdan da universitetin 90 illik uğurlarından söz açarkən ilk növbədə teatr təhsilini qeyd etmək vacibdir. Çünki teatr təhsili bu ali məktəbin ən qocaman tədris sahələrindəndir. Doğrudur, universitetin ixtisas şəbəkəsi xeyli genişlənib. Dram teatrı və kino, musiqili teatr, estrada aktyoru ixtisasları teatr tədrisinin daha da dərinləşdirilməsindən xəbər verir. Bu ixtisaslar universitetin aktyor sənəti fakültəsində tədris olunur. Teatr təhsilinin keyfiyyətini yüksəltmək üçün təhsil ocağına təcrübəli və tanınmış sənətkarlar cəlb edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bilavasitə ölkənin teatr şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, eyni zamanda mədəniyyət mərkəzi və yeni rejissor, aktyor, teatrşünas kadrlar yetişdirən müəssisə kimi məhsuldar işləməkdədir. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramından, teatr sənətinin inkişafına yönəlmiş Prezident sərəncamlarından irəli gələn vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi siyasətinin bir qolu da, heç şübhəsiz ki, ADMİU-da teatr təhsilinin düzgün təşkili və professional şəkildə tədrisi prosesi ilə çox bağlıdır.

Respublikada ali musiqi təhsilinin inkişafında da universitetin öz payı var. Hazırda bu təhsil ocağında istedadlı muğam ifaçılarından - Arif Babayev, Canəli Əkbərov, Səkinə İsmayılova, Yaqut Abdullayeva, Mələkxanım Əyyubova, Alim Qasımov, Nəzakət Teymurova başqaları musiqi sənətinin incəliklərindən dərs deyirlər.

Uzun illər respublikamızda rəssamlıq sənəti üzrə ali təhsil verən yeganə müəssisə məhz bu universitet olub. Burada rəssamlıq sənətinin yarıməsrlik tarixi vardır. Vaxtilə bu təhsil ocağında Azərbaycanın görkəmli sənətkarları - xalq rəssamları Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Nadir Qasımov, Yusif Hüseynov, Rafiq Mehdiyev, Toğrul Nərimanbəyov, Tahir Salahov, xalçaçı-rəssam Lətif Kərimov dərs deyiblər. 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə ADMİU-nun rəssamlıq fakültəsinin bazasında Rəssamlıq Akademiyasının yaradılması da bu ali məktəbin uğurlarından sayılır. Universitetdə dövrün tələblərindən irəli gələn bir yenilik kulturologiya fakültəsinin təşkili ilə bağlıdır. Fakültədə eyni zamanda yeni ixtisaslar şəbəkəsi qurulub: muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması, sənətşünaslıq ixtisasları s.

Müstəqillik dönəmində universitetin gerçəkləşdirdiyi başqa bir mühüm ixtisas da "beynəlxalq mədəni əlaqələr" adlanır. Bu ixtisasın əhəmiyyəti adından bəllidir. Azərbaycan sürətlə dünya birliyinə inteqrasiya etməkdədir.  Mədəniyyət, siyasət diplomatik missiya qovşağında qərarlaşan bu ixtisaslaşmanın perspektivli olması dövlətçiliyimizə mədəni siyasət sahəsində uğur gətirəcəyi şübhəsizdir. Universitetdə elmi işlərə xüsusi diqqət verilir. Son beş ildə

ADMİU-da 9 monoqrafiya, 53 dərslik, 70 dərs vəsaiti, 260 proqram metodiki göstəriş nəşr edilmişdir.

Respublikanın ictimai mədəni həyatında yaxından iştirak edən ADMİU-da tədris prosesinə yaradıcılığa xidmət edən bir sıra qurumların da adlarını  çəkməyə bilmərik. Burada 1997-ci ildən Elmi Şura fəaliyyət göstərir, professor-müəllim heyətinin elmi-tədqiqat yaradıcılıq ifa işlərinin təşkili ilə elm yaradıcılıq sahəsi məşğul olur. ADMİU-da "Mədəniyyət dünyası" elmi-nəzəri məcmuə, "Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin elmi əsərləri", həmçinin "Mədəniyyət: problemlər perspektivlər" məcmuəsi, "ADMİU-nun professor-müəllim heyətinin elmi-tədqiqat yaradıcılq ifa işlərinin illik hesabatı" çap olunur. 2013-cü ildən ADMİU-nun aylıq qəzeti olan "Sənət dünyası" işıq üzü görməyə başlayıb. Universitetdə Nəşriyyat-Poliqrafiya Mərkəzi, müdafiə şurası, həmkarlar ittifaqı komitəsi, tədris şöbəsi, mətbuat xidməti, kompyuter mərkəzi, "Səda" tədris teatrı, səsyazma studiyası, kino televiziya pavilyonu, muzey, idman klubu, kitabxana, arxiv s. fəaliyyət göstərir.

Ali məktəbə qəbul zamanı bir məsələyə xüsusilə diqqət yetirilir: ümumi test imtahanlarından keçən tələbələrin bu universitetdə qabiliyyəti yoxlanılır, qazandıqları bal hesabına seçdikləri fakültələrə qəbul edilirlər. Bu, həm təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm ixtisas üzrə tələbələrin düzgün seçilməsinə xidmət edir. Fərəhli haldır ki, universitet tələbələrinin bir çoxu beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı olur, müxtəlif mükafatlara layiq görülür.

Ötən illərdə Qazaxıstanın Almatı şəhərində keçirilən I Beynəlxalq Tələbə Tamaşaları Festivalında universitetin aktyor sənəti fakültəsinin tələbələri ali mükafat olan Qran-priyə layiq görülüblər. Elə həmin ölkədə baş tutan "Bastau" Beynəlxalq Kino Festivalında universitetin tələbə məzunları öz filmlərini nümayiş etdirərək vətənə mükafatla dönüblər. Eləcə Tiflisdə, İstanbulda, Strasburqda keçirilən müxtəlif tədbirlərdə universitetin tələbə müəllimləri nailiyyətlər qazanıblar.

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti 1923-cü ildə təməli qoyulmuş Bakı Teatr Məktəbinin mənəvi davamçısı kimi şərəfli bir missiya daşıyır. Ötən illər ərzində bir çox nailiyyətlərə, uğurlara imza atmış, respublikanın ali məktəbləri sırasında özünəməxsus yer tutan Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti həm milli mədəniyyətimizin dünyada tanıdılmasında fəaliyyət göstərir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 19 aprel.- S.10.