«Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
5 sentyabr tarixli 706 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 858; Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 815 nömrəli,
18 mart tarixli 852 nömrəli fərmanları) 4-cü hissəsində
"120" rəqəmləri "260" rəqəmləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 aprel
2013-cü il
Azərbaycan.-2013.- 20 aprel.- S.2.