Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nı "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr 169, 186, ¹ 5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə 421; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə 494, ¹ 7, maddə 606, ¹ 8, maddələr 716, 725, ¹ 10, maddə 849; 2011, ¹ 6, maddə 512, ¹ 9, maddə 792; 2012, ¹ 3, maddə 200, ¹ 5, maddə 421, ¹ 10, maddə 951, ¹ 11, maddə 1117, ¹ 12, maddə 1238; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 814 nömrəli, 10 aprel tarixli 856, 858 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci və 2.2-ci bəndlərdə "151-1-ci, 151-2-ci" sözləri "151-1 - 151-3-cü" sözləri ilə, "156-160-cı" sözləri "156-1 - 160-cı" sözləri ilə əvəz edilsin, "152-1.1 - 152-1.3-cü, 152-2.1-ci," sözləri çıxarılsın.

2. 2.3-cü bənddə "151.1 - 151.3-cü, 151.3-1-ci, 151-2-ci," sözləri "151.1 - 151.3-2-ci, 151-2-ci, 151-3-cü," sözləri ilə əvəz edilsin, "152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci," və "156-cı," sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 20 aprel.- S.2.