Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət etmişdir
Azərbaycanda
rəsmi səfərdə olan Keçmiş Yuqoslaviya
Respublikası Makedoniyanın Baş naziri Nikola Qruevski aprelin 19-da
Fəxri xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil dövlətimizin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad etmiş, məzarı önünə əklil
qoymuşdur.
Sonra
Şəhidlər xiyabanına gələn Baş nazir Nikola
Qruevski ölkəmizin azadlığı və suverenliyi
uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
vətən övladlarının xatirəsini ehtiramla yad
etmiş, "Əbədi məşəl" abidəsinin
önünə əklil qoymuşdur.
Bakının
ən hündür nöqtəsindən Azərbaycan
paytaxtının mənzərəsini seyr edən
Makedoniyanın Baş nazirinə Şəhidlər
xiyabanının tarixi və şəhərimizdə
görülən abadlıq-quruculuq işləri barədə
ətraflı məlumat verilmişdir.
Azərbaycan.-2013.- 20 aprel.- S.3.