Azərbaycan Memarlar İttifaqı və «Bresser Eurasia BV» holland şirkəti arasında anlaşma memorandumu imzalanıb

 

Aprelin 19-da  Azərbaycan Memarlar İttifaqı "Bresser Eurasia BV" holland şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə "Bresser Eurasia BV" şirkətinin rəhbəri Leon Sveyxers imzalamışlar.

Xatırladaq ki, bu, Azərbaycan Memarlar İttifaqının xarici şirkətlə imzaladığı ilk sənəddir.

Sənəd müxtəlif sahələrdə qarşılıqlı münasibətləri, xüsusilə Azərbaycan şəhərlərinin tikinti-bərpa potensialının artımına dəstək, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq, mühəndis inşaat sahəsində təcrübə mübadiləsi, həmçinin müxtəlif xarakterli birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

"Azərbaycanda uğurlu fəaliyyət, həmçinin sahibkarlıq sahəsində çalışmaq üçün bütün şərtlər yaradılıb. Biz əməkdaşlığa acığıq", - deyər Qasımzadə qeyd edib.

"Tərəfimizdən imzalanan memorandum münasibətlərimizdə mühüm addımdır. Biz öz təcrübəmizi bölüşməyə hazırıq Azərbaycanda qabaqcıl texnologiyamızı nümayiş etdirmək imkanına malik olduğumuz üçün şadıq", - deyə Sveyxers söyləmişdir.

Xatırladaq ki, "Bresser Eurasia BV" holland şirkəti Bakının Füzuli küçəsində yerləşən binanın relokasiyası (köçürülməsi) üzrə layihənin icraçısıdır. Texnoloji proses binanın bir neçə millimetr qaldırılması və binanın altında quraşdırılmış 210 hidravlik qurğunun köməyi ilə köçürülmə zamanı binanın yerdəyişməsini nəzərdə tutur. Binanın köçürülməsi bu qurğuların yerini dəyişməsi ilə mümkün olacaq. Şirkət bu sahədə 30 illik iş təcrübəsinə  malikdir və onun  tərəfindən köçürülən binaların sayı 35-dən artıqdır.

 

 

Azərbaycan.-2013.- 20 aprel.- S.5.