Mədəniyyət və turizm naziri Saatlıda aran bölgəsində yaşayan vətəndaşların qəbulunu keçirmişdir

 

Aprelin 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərindəki Gənclər mərkəzində Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın və Füzuli rayonlarından və Şirvan şəhərindən olan vətəndaşların qəbulunu keçirmişdir.

AzərTAc xəbər verir ki, qəbulda iştirak edən sakinlərin müraciətləri əsasən kəndlərdə musiqi məktəblərinin tikintisi, mədəniyyət evlərinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, mədəniyyət kollektivlərinin zəruri geyim və musiqi alətləri ilə təminatı, gənc kadrların işlə təmin edilməsi, sosial müavinətlərin, güzəştli ipoteka kreditlərinin verilməsinə kömək göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur. Qəbul zamanı vətəndaşları narahat edən məsələlərin bir neçəsi yerindəcə həll olunmuş, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmışdır.

 

 

Azərbaycan.-2013.- 20 aprel.- S.6.