Vergilər naziri Tovuzda vətəndaşları qəbul etmişdir

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik edirlər.

AzərTAc xəbər verir ki, bu məqsədlə növbəti qəbul aprelin 19-da Tovuz şəhərində keçirilmişdir.

Vergilər naziri Fazil Məmmədov bölgənin  5 rayonundan - Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Tovuzdan olan vətəndaşları qəbul etmiş, onların müraciətlərini dinləmişdir.

Qəbula gələnlər  nazirə qarşılaşdıqları problemlərin, xüsusilə vergi sahəsində onları narahat edən bəzi məsələlərin həllinə köməklik göstərməyi xahiş etmişlər.

Qəbul zamanı nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar vermişdir. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmişdir. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

 

 

Azərbaycan.-2013.- 20 aprel.- S.6.