«Heydər Əliyev və müstəqil Azərbaycanda
insan hüquqlarının inkişafı»
mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Aprelin
19-da Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkilinin (Ombudsman) Aparatında "Heydər
Əliyev və müstəqil Azərbaycanda insan
hüquqlarının inkişafı" mövzusunda
elmi-praktiki konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, konfransda çıxış edən
insan hüquqları üzrə müvəkkil Elmira
Süleymanova bildirmişdir ki, ulu öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışı
xalqımıza və dövlətimizə müstəsna
uğurlar gətirmişdir. E.Süleymanova ölkəmizdə
insan hüquqları sahəsində üç strateji əhəmiyyətli
sənədin qəbul olunaraq həyata keçirildiyini
vurğulamış, "İnsan hüquqlarının
müdafiəsinə dair Dövlət Proqramı"nı
ümummilli lider Heydər Əliyevin hələ 1998-ci il 18
iyun tarixli Sərəncamı ilə təsdiq etdiyini
demişdir.
Qeyd
olunmuşdur ki, dövlətimizin
başçısının 2011-ci il 27 dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"
(MFP) 2006-cı ildən uğurla həyata keçirilir.
İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli
Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni
prioritetlərə uyğun konkret istiqamətlər, tədbirlər
müəyyən edilmişdir.
Milli
Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
Azərbaycan dövlətinin uzunmüddətli
inkişafında Heydər Əliyevin xidmətlərindən
danışmışdır. Bildirmişdir ki, 1969-cu ildə
görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən
müəyyən edilən inkişaf strategiyasının
uğurlu nəticəsi bu gün özünü göstərir.
Ümummilli lider Heydər Əliyevin qurduğu dövlət Azərbaycan
xalqının müstəqil yaşamasının qarantı
olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin
deputatı Azay Quliyev Heydər Əliyevin vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində həyata keçirdiyi siyasətdən
danışmışdır.
Bildirmişdir
ki, ulu öndər vətəndaş cəmiyyətinin fəallarının
dövlətin ətrafında birləşməsi
üçün çox ciddi bir özül yaratmış, Gənclər
və İdman Nazirliyi, Gənclər Təşkilatlarının
Milli Şurası kimi vətəndaş cəmiyyətinin əsası
olan təşkilatlar quruculuq prosesində yaxından iştirak
etmişlər. Həmin dövrdə formalaşmış gənclik
bu gün dövlət idarəçiliyində fəaliyyət
göstərir.
Milli
Məclisin deputatı Elmira Axundova "Heydər Əliyev:
liderliyin fenomeni" mövzusunda məruzə etmişdir.
Konfransda
ümummilli lider Heydər Əliyevin Azərbaycan ədliyyəsinin
təşəkkülündə, daxili işlər
orqanlarının
formalaşmasında, prokurorluğun inkişafında müstəsna rolundan bəhs
olunmuş, qaçqın və məcburi köçkünlərə
diqqət və qayğısından
danışılmışdır.
Sonda
mövzu ilə bağlı müzakirələr
aparılmışdır.
Azərbaycan.-2013.- 20 aprel.- S.9.