Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, II kitab, maddə
251, ¹5, maddə 323, ¹12, maddə 835; 2001, ¹1, maddə 24, ¹7, maddə
455; 2002, ¹1, maddə 9, ¹5, maddələr 236, 248, 258, ¹6, maddə
326, ¹8, maddə 465; 2003, ¹6, maddələr 276, 279, ¹8, maddələr
424, 425, ¹12, I kitab, maddə 676; 2004, ¹1, maddə 10, ¹4, maddə
200, ¹5, maddə 321, ¹8, maddə 598, ¹10, maddə 762, ¹ 11, maddə
900; 2005, ¹1, maddə 3, ¹6, maddə 462, ¹7, maddə 575, ¹10, maddə
904, ¹11, maddə 994; 2006, ¹2, maddələr 71, 72, 75, ¹5, maddə
390, ¹12, maddələr 1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5,
maddə 398, ¹6, maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10,
maddələr 937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12,
maddə 1221; 2008, ¹6, maddələr 454, 461, ¹7, maddə 602,
¹10, maddə 884, ¹12, maddələr 1047, 1049; 2009, ¹5, maddə
315, ¹7, maddə 517, ¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3, maddələr
171, 178, ¹4, maddələr 275, 276, ¹7, maddə 591; 2011, ¹4, maddə
253, ¹6, maddə 472, ¹7, maddələr 587, 601, 621, ¹11, maddə
980, ¹12, maddə 1093; 2012, ¹2, maddə 45, ¹3, maddələr 193,
196, ¹7, maddələr 666, 669, 673, ¹11, maddə 1068; Azərbaycan
Respublikasının 2012-ci il 11 dekabr tarixli 493-IVQD, 495-IVQD
nömrəli, 28 dekabr tarixli 541-IVQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 263-1-ci maddə əlavə edilsin:
"Maddə 263-1. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma
263-1.1. Bu məcəllənin 263.1-ci maddəsində nəzərdə
tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop
maddələrdən və digər güclü
təsir edən maddələrdən istifadə edilməsi nəticəsində
sərxoş halda olan
və ya nəqliyyat vasitələrini
idarə etmək hüququ olmayan
şəxs tərəfindən törədilməsi
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına az ağır zərər
vurulmasına səbəb olduqda –
üç
ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə altı
min manatdan səkkiz min manatadək miqdarda cərimə və
ya üç ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə
üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
263-1.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda -
dörd
ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
263-1.3.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda-
beş
ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə beş
ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
263-1.4.
Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha
çox şəxsin ölümünə səbəb olduqda
-
beş
ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən
on iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.".
2.
264-cü maddə üzrə:
2.1.
maddənin dizpozisiyasında "263-cü maddəsində"
sözləri "263-cü və ya 263-1-ci maddələrində"
sözləri ilə əvəz edilsin;
2.2.
maddəyə aşağıdakı məzmunda "Qeyd"
hissəsi əlavə edilsin:
"Qeyd:
Zərərçəkmiş şəxsə kömək
göstərilməsi ilə əlaqədar yol nəqliyyat
hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə
cinayət məsuliyyətinə cəlb edilməkdən azad
olunur.".
3.
267-ci maddədə "263 və 264" sözləri
"263-264" rəqəmləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 aprel
2013-cü il
Azərbaycan.-2013.- 21 aprel.- S.1.