Çin Xalq Respublikasının Sədri
zati-aliləri cənab Si Cinpinə
Hörmətli cənab Sədr!
Sıçuan vilayətində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu
faciə ilə əlaqədar kədərinizi
bölüşür, Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, dost Çin xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, yaralananlara və
xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin
nəticələrinin tezliklə aradan
qaldırılmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 20 aprel
2013-cü il
Azərbaycan.-2013.- 21 aprel.- S.1.