Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12  avqust  tarixli  130  nömrəli qərarı ilə  təsdiq  edilmiş "Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 64 Bakı şəhəri, 11 aprel 2013-cü il

 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar  tarixli 805 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹8, maddə 526; 2005, ¹12, maddə 1235; 2006, ¹5, maddə 463; 2007, ¹ 10, maddə 1012) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası"nın 10-cu hissəsində birinci halda "Qoruğu" sözü "və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 aprel.- S. 1.