«Yeni Azərbaycan» qəzeti əməkdaşlarının «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Yeni Azərbaycan" qəzetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsin:

 

Cəfərov Zahid İlham oğlu

Hümmətov Aqşin Şahin oğlu.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 23 aprel.- S.2.