Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, I kitab, maddə 583; 2001-ci il, ¹ 7, maddə 454, ¹ 9, maddə
576, ¹ 12, maddə 734; 2002-ci il, ¹ 5, maddə 249, ¹ 12, maddə
707; 2003-cü il, ¹ 8, maddə 425, ¹ 12, I kitab, maddə 671;
2004-cü il, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə 980;
2005-ci il, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə 1081;
2006-cı il, ¹ 12, maddələr 1005, 1026; 2007-ci il, ¹ 1, maddə
4, ¹ 6, maddə 597, ¹ 12, maddə 1192; 2008-ci il, ¹ 7, maddə 602,
¹ 11, maddə 960; 2009-cu il, ¹ 7, maddə 506; 2011-ci il, ¹ 1, maddə
14, ¹ 7, maddələr 588, 603, ¹ 12, maddə 1115; 2012-ci il, ¹ 6,
maddələr 500, 513, ¹ 7, maddə 652, ¹ 9, maddə 841)
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
13.2.51-ci maddədə nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 13.2.52-ci və 13.2.53-cü
maddələr əlavə edilsin:
"13.2.52.
Sənaye parkının rezidenti - müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini
almış və sənaye parkında fəaliyyət göstərən
hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki
şəxs;
13.2.53.
Texnologiyalar parkının rezidenti - müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini
almış və texnologiyalar parkında fəaliyyət
göstərən hüquqi şəxs və ya hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata
keçirən fiziki şəxs.".
1.2.
Aşağıdakı məzmunda 67-1-ci maddə əlavə
edilsin:
"Maddə 67-1. Sənaye,
yaxud texnologiyalar parklarında vergitutma
67-1.1. Sənaye, yaxud texnologiyalar parklarının
rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən
təsərrüfat və
digər vergitutma obyektlərini bu məcəllə ilə müəyyən edilmiş
güzəşt müddəti
bitənədək təqdim
etdikdə:
67-1.1.1. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi
öhdəsinə götürən
təsərrüfat və
digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin
müddətin qalan hissəsi ərzində verilir;
67-1.1.2. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını
təşkil etməyi
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi məbləğdən
az olmayan
sərmayə qoyuluşunu
öhdəsinə götürən
təsərrüfat və
digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri bu
Məcəllə ilə
nəzərdə tutulmuş
tam müddət ərzində
verilir.
67-1.2. Sənaye, yaxud texnologiyalar parklarının
rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən
təsərrüfat və
digər vergitutma obyektlərini bu məcəllə ilə müəyyən edilmiş
güzəşt müddəti
bitəndən sonra təqdim etdikdə:
67-1.2.1. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalını
davam etdirən təsərrüfat və
digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri verilmir;
67-1.2.2. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını
təşkil etməyi
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi məbləğdən
az olmayan
sərmayə qoyuluşunu
öhdəsinə götürən
təsərrüfat və
digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri bu
məcəllə ilə
nəzərdə tutulmuş
tam müddət ərzində
verilir.
67-1.3. Sənaye, yaxud texnologiyalar parklarının
rezidenti yeni investisiya layihəsinə əsasən sənaye, yaxud texnologiyalar parklarında digər istehsal sahəsi qurduqda, bu məcəllə
ilə müəyyən
edilmiş vergi güzəştləri rezidentin
sənaye, yaxud texnologiyalar parklarında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada yeni investisiya layihəsi üzrə qeydiyyata alındığı
tarixdən hesablanır.
Bu halda bu
məcəllə ilə
müəyyən edilmiş
vergi güzəştləri
yeni investisiya layihəsi üzrə fəaliyyətə şamil
olunur.
67-1.4. Sənaye, yaxud
texnologiyalar parklarının
rezidenti vergi güzəştlərinin tətbiq
olunduğu dövrdə
sənaye, yaxud texnologiyalar parklarından kənarda fəaliyyət göstərdikdə həmin
fəaliyyətlə bağlı
gəlirlərin və
xərclərin uçotunu
ayrıca aparmalıdır. Bu zaman sənaye, yaxud texnologiyalar parklarının rezidenti bu parklardan kənarda
göstərdiyi fəaliyyətə
görə əldə
etdiyi gəlirlərdən
vergiləri Vergi Məcəlləsi ilə
müəyyən edilmiş
ümumi qaydada ödəyir.
67-1.5. Bu məcəllənin 67-1.3-cü maddəsində nəzərdə
tutulan halda sənaye, yaxud texnologiyalar parklarının
rezidenti yeni investisiya layihəsinə əsasən sənaye, yaxud texnologiyalar parklarında qurduğu digər istehsal sahəsinin fəaliyyəti
ilə bağlı gəlirlərin və xərclərin uçotunu
vergi güzəştlərinin
tətbiq olunduğu dövrdə ayrıca aparmalıdır.".
1.3.
102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci, 164.1.16-cı,
199.7-ci, 199.8-ci, 207.3-cü, 207.4-cü maddələrdə
"sənaye və texnologiyalar parkının"
sözləri "sənaye,
yaxud texnologiyalar parklarının" sözləri
ilə əvəz edilsin.
Maddə 2. "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun II hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel
2013-cü il
Azərbaycan.-2013.- 23 aprel.- S.2.