"Tutulmuş və
ya həbs edilmiş şəxslərə tibbi və psixoloji
yardım göstərilməsi, habelə onların tibb müəssisələrində
saxlanılması Qaydaları"nın təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 67 Bakı şəhəri, 18
aprel 2013-cü il
"Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli
fərmanının 1.8-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
"Tutulmuş və ya həbs edilmiş şəxslərə
tibbi və psixoloji yardım göstərilməsi, habelə
onların tibb müəssisələrində
saxlanılması Qaydaları" təsdiq edilsin (əlavə
olunur*).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
* Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 67 saylı, 18 aprel
2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş
"Tutulmuş və ya həbs edilmiş şəxslərə
tibbi və psixoloji yardım göstərilməsi, habelə
onların tibb müəssisələrində
saxlanılması Qaydaları"nın tam mətni ilə
www.azerbaiyan-news.az saytında tanış ola bilərsiniz.
Azərbaycan.-2013.- 23 aprel.- S. 2.