Azərbaycanın xarici
işlər naziri Elmar
Məmmədyarov Yaxın Şərqə
səfəri çərçivəsində bir sıra
görüşlər keçirmişdir
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə
səfəri çərçivəsində Fələstinin
Baş naziri Salam Fayad ilə görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
verilən məlumata görə, görüşdə S.Fayad
Fələstinin Azərbaycan ilə münasibətlərə
böyük əhəmiyyət verdiyini
vurğulamışdır.
İkitərəfli
münasibətlərin daha da inkişaf etdirilməsinin
vacibliyini qeyd edən Fələstinin Baş naziri Azərbaycanı
yaxın dost və qardaş ölkə adlandıraraq müxtəlif
sahələrdə əməkdaşlığı genişləndirməkdə
maraqlı olduqlarını bildirmişdir.
Azərbaycanın
Fələstinə dəstəyini davam etdirəcəyini
bildirən E.Məmmədyarov ölkəmizin Yaxın Şərq
regionunda münaqişənin tezliklə həllini
tapmasında maraqlı olduğunu vurğulamışdır. Nazir Azərbaycanın münaqişənin
iki dövlət və Fələstinin paytaxtı Şərqi
Qüdsün olması prinsipi ilə həllinin tərəfdarı
olduğunu bildirmişdir.
Azərbaycanın
Fələstin ilə bir çox istiqamətlərdə, o
cümlədən humanitar sahədə əməkdaşlığın
perspektivlərindən danışan
E.Məmmədyarov fələstinli tələbələrin
ölkəmizdə təhsil alması üçün tərəfimizdən
lazımi dəstəyin verildiyini diqqətə
çatdırmışdır. Nazir bu dəstəyin İslam
Əməkdaşlıq Təşkilatı çərçivəsində
də həyata keçirildiyini bildirmişdir.
Görüşdə
Yaxın Şərq regionunda cərəyan edən proseslər
barədə də fikir mübadiləsi
aparılmışdır. E.Məmmədyarov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə
məlumat vermiş, bu məsələnin ədalətli həllinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
olacağını bildirmişdir.
* * *
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə
səfəri çərçivəsində Fələstinin
xarici işlər naziri Riad əl-Maliki ilə
görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
verilən məlumata görə, Azərbaycanı dost və
qardaş ölkə adlandıran fələstinli nazir bu səfəri
Azərbaycan ilə Fələstin arasında münasibətlərin
inkişafında mühüm addım kimi qiymətləndirmişdir.
Tərəflər
ölkələrimiz arasında müxtəlif sahələr
üzrə münasibətlərin inkişaf etdirilməsi barədə
razılığa gələrək əlaqələrin
genişləndirilməsi üçün böyük
potensialın olduğunu vurğulamışlar.
Azərbaycanın
bu gün mötəbər beynəlxalq təşkilatlarda,
xüsusilə BMT Təhlükəsizlik Şurasında,
İslam Əməkdaşlıq Təşkilatında və
Qoşulmama Hərəkatında böyük nüfuza malik
olduğunu qeyd edən fələstinli nazir ölkəmiz tərəfindən
Fələstinə göstərilən dəstəyə
görə təşəkkürünü bildirmişdir.
Azərbaycanın
regionda sülhün tezliklə bərqərar olmasının
tərəfdarı olduğunu vurğulayan E.Məmmədyarov
bildirmişdir ki, ölkəmiz Fələstinə dəstəyini
davam etdirəcəkdir. Fələstinin beynəlxalq ictimaiyyətin
tamhüquqlu üzvü olmağa haqqı vardır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi barədə məlumat verən E.Məmmədyarov
Azərbaycanın sürətlə inkişaf etdiyini və
gücləndiyini, gec-tez öz ərazi
bütövlüyünü bərpa edəcəyini
vurğulamışdır.
* * *
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri
çərçivəsində Knessetin Xarici əlaqələr
komitəsinin sədri Aviqdor Liberman ilə
görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
verilən məlumata görə, görüşdə Azərbaycan
ilə İsrail arasındakı münasibətlər, beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq
perspektivləri müzakirə olunmuşdur.
Tərəflər
regionda cərəyan edən proseslər, xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə
müzakirələr aparmışlar. E.Məmmədyarov məsələnin
ədalətli həllinə nail olunacağına əminliyini
bildirmiş və beynəlxalq ictimaiyyətin münaqişədə mövcud
status-kvonun regionun inkişafına əngəl törətdiyini
dərk etdiyini vurğulamışdır.
Bundan
əlavə, görüşdə Yaxın Şərqdə
gedən proseslər müzakirə
olunmuşdur. E.Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının üzvü kimi Yaxın Şərqdə
gedən prosesləri yaxından izlədiyini qeyd etmişdir.
Azərbaycanın
sabit və sürətlə inkişaf edən ölkə
olduğunu vurğulayan A.Liberman bunun nəticəsində
ölkəmizin beynəlxalq birliyin etibarlı tərəfdaşına
çevrildiyini demişdir. İsrail rəsmisi bir çox sahələrdə
Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi
üçün böyük potensialın olduğunu qeyd
etmişdir.
Görüşdə
həmçinin turizm sahəsində əməkdaşlıq
və parlamentlərarası münasibətlərin perspektivləri
müzakirə olunmuşdur. A.Liberman Azərbaycanın regionun
inkişafında rolunu xüsusi vurğulamışdır.
Azərbaycan.-2013.- 23 aprel.- S.3.