Ədliyyə naziri aprelin 25-də Xaçmaz
şəhərində şimal
bölgəsinin sakinlərini qəbul edəcəkdir
Xəbər
verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə
naziri, Məhkəmə-Hüquq Şurasının sədri
Fikrət Məmmədov aprelin 25-də Xaçmaz şəhərində
Xaçmaz, eləcə də Quba, Qusar, Şabran və Siyəzən
rayonlarının sakinlərini ədliyyə və məhkəmə
fəaliyyəti və digər məsələlərlə
bağlı qəbul edəcəkdir.
Ədliyyə
Nazirliyindən AzərTAc-a bildirmişlər ki, qəbul saat
11:00-da Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət
evində (ünvan: Xaçmaz şəhəri, Məmməd Əmin
Rəsulzadə küçəsi - 8) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən
vətəndaşlar Ədliyyə Nazirliyinin
contact@justice.gov.az elektron poçt ünvanı, 539-75-39 (2104),
055-925-37-41 nömrəli telefonlar, habelə Xaçmaz regional ədliyyə
şöbəsi (telefonu: (02332) 5-18-88; 050-679-37-06; Xaçmaz
şəhəri, H.Z.Tağıyev küçəsi, 10a)
vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların
rahatlığı üçün ədliyyə nazirinin həmin
gün keçiriləcək qəbuluna elektron qaydada
birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə
Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına
(www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Azərbaycan.-2013.- 23 aprel.- S.8.