İtaliya Respublikasının Prezidenti zati-aliləri cənab Ciorcio Napolitanoya
Hörmətli cənab Prezident!
İtaliya Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi ürəkdən
təbrik edir, bu tarixi hadisə
münasibətilə Sizə
ən xoş arzularımı yetirirəm.
Bu gün Azərbaycan-İtaliya
münasibətləri dinamik
inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası
münasibətlərimizin möhkəmləndirilməsi,
ikitərəfli və
çoxtərəfli qaydada
əməkdaşlığımızın
dərinləşdirilməsi xalqlarımız və ölkələrimiz arasındakı
ənənəvi dostluq
əlaqələrinin daha
da genişlənməsinə
öz töhfəsini
verəcəkdir.
Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, dost İtaliya
xalqının rifahı
naminə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 aprel 2013-cü il
Azərbaycan.-2013.- 24 aprel.- S.2.