Monteneqronun Prezidenti
zati-aliləri cənab Filip Vuyanoviçə
Hörmətli
cənab Prezident!
Monteneqronun
Prezidenti vəzifəsinə yenidən seçilməyiniz
münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün
Azərbaycan-Monteneqro əlaqələri müvəffəqiyyətlə
inkişaf etməkdədir. Dövlətlərarası
münasibətlərimizin möhkəmləndirilməsi
yolunda atdığımız qarşılıqlı
addımlar əməkdaşlığımızın
bütün sahələrdə ahəngdar inkişafı
üçün daha da geniş imkanlar açır.
Bu
yaxınlarda qonaqpərvər ölkənizə etdiyim səfəri
məmnunluqla xatırlayıram. Ümidvaram ki, birgə
infrastruktur layihələrinin gerçəkləşdirilməsi
istiqamətində səylərimizi bundan sonra da ardıcıl
şəkildə davam etdirəcəyik.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə
yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 23 aprel 2013-cü il
Azərbaycan.-2013.- 24 aprel.- S.2.