Rabitə və informasiya
texnologiyaları naziri Bərdə rayonunda vətəndaşları
qəbul edəcəkdir
Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov mayın 8-də
Bərdə rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər,
Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli) əhaliyə
göstərilən telekommunikasiya, internet, poçt, radio və
televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət
mədəniyyəti, bu sahədə bölgələrdə əhalini
maraqlandıran məsələlərlə bağlı vətəndaşları
qəbul edəcəkdir.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşlardan
"mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655
saylı "Qaynar xətt", 598 38 18 nömrəli
(regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə
əlaqə saxlayıb qəbula yazılmaları xahiş
olunur.
Eyni
zamanda, qəbula gəlmək istəyən vətəndaşlar
zərurət yaranarsa, yaşadıqları ərazinin
poçt və telefon qovşaqları tərəfindən nəqliyyat
vasitələri ilə təmin olunacaqlar.
Azərbaycan.-2013.- 24 aprel.- S.5.