Həmyerlimiz Əskişəhər
Osman Qazi Universitetində professor adına layiq görülüb
Bu günlərdə redaksiyamıza
Türkiyədən xoş
xəbər gəlmişdir:
Türkiyə Cümhuriyyətinin
Əskişəhər Osman
Qazi Universitetində çalışan soydaşımız, "Azərbaycan" qəzetinin
Türkiyə təmsilçisi
Tamella Əliyeva filologiya elmləri doktoru, professor adına layiq görülmüşdür.
Qeyd edək ki, Tamella xanım
Əskişəhər Osman
Qazi Universitetində
professor adına layiq görülən ilk azərbaycanlı alimdir.
Tamella Əliyeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
məzunudur. Tələbəlik
illərində Azərbaycan
Radio və Televiziya Verilişləri Komitəsində
ştatdankənar müxbir
kimi çalışıb.
Üniversiteti bitirdikdən
sonra təhsil aldığı jurnalistika
fakültəsində fəaliyyət
göstərmiş, az
sonra bu missiyanı universitetin filologiya fakültəsində
davam etdirmişdi.
1986-1990-cı
illərdə BDU-nun "Qərbi
Avropa, Amerika, Avstraliya ədəbiyyatı"
üzrə aspiranturasını
müvəffəqiyyətlə başa vuran Tamella Əliyeva 1992-ci ildə "Azərbaycan-Amerika
ədəbi əlaqələri"
mövzusunda namizədlik
dissertasiyası müdafiə
edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Qeyd edək ki, o zaman Azərbaycanda bu mövzuda ilk dəfə dissertasiya yazan T.Əliyeva olmuşdur.
T.Əliyeva 1998-ci ildən Türkiyədəki
Əskişəhər Osman
Qazi Universitetində
"Azərbaycan ədəbiyyatı",
"Azərbaycan folkloru",
"Türk dünyası
ədəbiyyatı" və
"Dünya ədəbiyyatı"
fənlərini tədris
edir. Osman Qazi Universitetində çalışdığı illər ərzində Türkiyənin müxtəlif
şəhərlərində, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti və Almanyada keçirilən elmi konfranslarda Azərbaycan ədəbiyyatı haqqında
maraqlı məruzələrlə
çıxış edib.
T.Əliyeva 2009-cu ildən universitetin
Qarşılaşdırmalı ədəbiyyat kafedrasında
çalışır. 2013-cü il həmkarımız üçün uğurlu
il olub: O, yeni yazdığı
"Müasir Türkiyə
və Azərbaycan şairlərinin yaradıcılığında
dünyəvi mövzular"
adlı kitabına görə filologiya elmləri doktoru, professor adına layiq görülüb. Bu kitab üç azərbaycanlı
şair - Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, üç
türkiyəli şair
Feyzi Halıcı, Məhərrəm Qubat,
Abdulla Satoğlunun yaradıcılığından
bəhs edir. Əsəri türkiyəli
alimlər də maraqla qarşılamış,
mətbuatda bu barədə rəylər
çap etdirmişlər.
Tamella Əliyeva fəaliyyətinin
mühüm cəhətlərindən
biri də Azərbaycan -Türkiyə
ədəbi əlaqələrinin
inkişafına verdiyi
töhfələrdir. O, Azərbaycan
alim, şair və yazıçılarından
Salatın Əhmədlinin
"Heydər Əliyevin
dil siyasəti", xalq şairi Nəriman Həsənzadənin
"Sən necə yoxsan", Nüsrət Kəsəmənlinin "Mənsiz
qalan dünya", Aslan Kəmərlinin
"Bu yerlərdən Nazim
keçib" və
s. kitablarını türk
dilinə, türkiyəli
şairlərdən A.Satoğlunun
"Könlümdə açan
lalələr", G.Çingizin
"Bir pişiyin gündəliyi", A.Akalın
"Kitab canavarı"
əsərlərini Azərbaycan
dilinə çevirib.
Həmyerlimiz çalışdığı universitetin ictimai həyatında, eləcə
də Azərbaycan diasporunun Əskişəhərdə
keçirdiyi tədbirlərdə
fəal iştirak edir, Azərbaycanın dünya miqyasında gündən-günə artan
nüfuzunun, dinamik inkişafının, Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ
həqiqətlərinin dünyaya
çatdırılmasında, son illər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakıda, ölkəmizdə
aparılan quruculuq işlərindən, insanlara,
elmə, mədəniyyətə,
incəsənətə göstərilən
dövlət qayğısının
təbliğində əlindən
gələni əsirgəmir.
Osman Qazi Universitetinin rektoru professor Həsən
Gönən, ədəbiyyat
fakültəsinin dekanı
professor Tofiq Gədikli,
universitetin böyük
elmi şurasının
üzvləri, universitetin
çoxsaylı tələbələri
Tamella Əliyevanı
professor adı alması
münasibətilə təbrik
etmiş, elmi yaradıcılığında ona yeni-yeni uğurlar
arzulamışlar.
Biz də bu təbriklərə
qoşulur, qələm
dostumuz Tamella Əliyevanı filologiya elmləri doktoru, professor adı alması münasibətilə ürəkdən
təbrik edirik.
Rəhman SALMANLI
Azərbaycan.-2013.- 24 aprel.- S.9.