Rabitə və informasiya texnologiyaları
naziri Bərdə
rayonunda vətəndaşları qəbul edəcəkdir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mayın 8-də Bərdə rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni
zamanda, qəbula gəlmək istəyən vətəndaşlar
zərurət yaranarsa, yaşadıqları ərazinin
poçt və telefon qovşaqları tərəfindən nəqliyyat
vasitələri ilə təmin olunacaqlar.
Azərbaycan.-2013.- 24 aprel.- S.5.