Uydurma «erməni soyqırımı»
terrorçuların əməllərini
ört-basdır etməyəcək
Erməni daşnaqlarının xarakterində hər cür xoşagəlməz xislətlər var: satqınlıq, yaltaqlıq, qəddarlıq, yırtıcılıq, xəyanət və əxlaqsızlıq. Təsadüfi deyil ki, müxtəlif millətlərin nümayəndələri olan bəzi görkəmli tədqiqatçı alimlər onları çox haqlı olaraq çürümüş ictimai mikroblar adlandırırlar. 1915-ci ildə rus və Osmanlı imperiyaları arasındakı müharibə dövründə Türkiyənin himayəsində olan ermənilərin satqınlıq yolu tutub, rusların tərəfinə keçərək yaşadıqları ölkənin əhalisinə qarşı törətdikləri cinayətkar aksiyalar deyilənlərin əyani sübutudur. Mənəviyyatı tam assimilyasiyaya uğramış bu millətin yalan və iftira yüklü təbliğat maşınının dünya boyu necə sürətlə şütüdüyü artıq hamıya bəllidir.
Bu günlərdə məşhur fransız tədqiqatçı alimi Jorj de Malevilin rus dilində çapdan çıxmış "1915-ci il erməni faciəsi" adlı əsərilə tanış oldum. Erməni yalanlarının üstündən qara bir xətt çəkməklə, əsl həqiqətləri tam çılpaqlığı ilə açıqlayan alim yazır: "Papanın hakimiyyətini qəbul etməyən cənubi Fransa sektasına qarşı Fransa hökumətinin dəhşətli xaç yürüşü, şimali Fransanın cənubi Fransaya qarşı ağır qətliamlarla müşayiət olunan qanlı müharibəsi təsvirəgəlməz dərəcədə vahiməli idi. İndi gəlin görək 1209-cu ildə ata-babaları Fransanın Monpele şəhəri rəhbərlərinin əmrilə kütləvi soyqırımına məruz qalmış Bezyera əhalisi 800 il bundan əvvəl öldürülmüş ulu babalarının intiqamını almaq üçün Monpele şəhəri rəhbərlərinin əyləşdiyi idarələrə mərmi qoyub partladırlarmı? Yaxud əhalisinin üçdə ikisi 30 illik müharibədə İsveç ordusunun vəhşi hucumlarının qurbanı olmuş şimali-qərbi alman terroristləri həmin soyqırımına cavab olaraq, yəni, Vyurtenberq əhalisinin qanının əvəzini almaq üçün oradakı İsveç səfirini qətlə yetirirlərmi? Olan oldu, keçən keçdi. Ancaq qəribədir ki, ermənilər bu gün də həmin çirkin duyğu ilə yaşayırlar. Onlar 1975-ci lldə Parisdəki Türkiyə səfirini öz maşınında qətlə yetirdilər. 28 saat ondan əvvəl isə Vyanada onun həmkarını o dünyaya göndərmişdilər. Həmin vaxtadək Qərb ölkələrində silsilə şəklində 21 türk diplomatı erməni terroristlərinin qurbanı olmuşdu. Ssenarisi kimlər tərəfindənsə hazırlanmış bu qətllər çox qorxulu və geniş masştablı bir plan idi. "Erməni soyqırımı"nı qəti surətdə rədd edən alim onu da qeyd edir ki, "Biz İstanbulda olduq. Erməni əhalisinin yaşadığı rayonları gəzdik. Müxtəlif peşə sahibləri olan ermənilərlə söhbətləşdik. Onların qorxu və narahatlıq hiss etmədən türklərlə çiyin-çiyinə necə mehriban yaşayıb-yaratdıqlarının, bazarlarda, restoran və kafelərdə, dövlət idarələrində hər iki xalqın nümayəndələrinin bir-birlərinə necə can deyib, can eşitdiklərinin şahidi olduq. Parisdəki emmiqrantlara nisbətən onlar bir-birlərinə daha möhkəm tellərlə bağlıdırlar. Fransadakı erməni emissarları isə türklərdən qan pulu yox, torpaq tələb edirlər. Guya onlar öz qədim ata-baba torpaqlarından türklər tərəfindən didərgin salınıblar. Halbuki onların heç vaxt torpağı olmayıb. Əksinə, türklərin bu yurdsuz-yuvasız millətə yazığı gəldiyi üçün onlara öz vətənlərində sığınacaq verib". Artıq dünya əhalisi dərk etməyə başlayıb ki, ermənilər məxfi rejissorların gizli məqsədlərinin ayrı-ayrı hissələrindən montaj olunmuş mürəkkəb bir ssenari əsasında hərəkət edirlər. Həmin rejissorlar Ermənistanı Cənubi Qafqazda öz çirkin ideyalarını müsəlman türklərə qarşı həyata keçirmə mexanizminə döndərmiş nəhəng dövlətlər, həmin ssenaridəki aktyorlar isə ermənipərəst tarixçi alimlər və muzdlu qatillərdir.
1915-ci ilin əvvəllərində - çar Rusiyası ilə Osmanlı imperiyası arasındakı müharibə dövründə türk hökuməti rusların şirin vədlərlə aldadıb tora saldığı, təpədən-dırnağa silahlandırıb türklərə qarşı mübarizəyə səfərbər etdiyi xəyanətkar ermənilərin törədə biləcəyi kütləvi qırğınların qarşısını vaxtında almaq üçün onların 600 min nəfərini müharibə zonasından uzaqlaşdırıb, o vaxtadək türk torpaqları olan Mesopotomiyanın dağlıq hissələrinə, o cümlədən Suriya və Anadoluya köcürülmələri barədə qərar qəbul etdi. Hətta türk dövləti onların təhlükəsizliyi və əmlaklarının mühafizəsi barədə də tədbirlər planı hazırladı. Ancaq yolda soyuqdan, aclıqdan və yorğunluqdan ölə\nlər oldu. O vaxt bəzi Qərb ölkələrinin Türkiyədəki diplomatik nümayəndəlikləri xəbər yaymağa başladılar ki, guya türklər ermənilərə qarşı qırğınlar törədiblər. Halbuki Osmanlı imperiyasının əsgərləri onları yol boyu göz bəbəyi kimi qoruyurdular. Faktlara müraciət edək: "Şifrələnmiş informasiya (mahiyyətcə gizli). 23 may 1915-ci il. Ərzurumun, Vanın, Bitlisin, Urfanın və Zoranın qubernatorlarına. Köçürülmə vaxtı ermənilərin şəxsiyyətini və əmlaklarını qoruyun. Onların bütün yol boyu ərzaqla təchizatını, sağlamlığını və istirahətini təmin edin. Daxili işlər naziri Tələt Paşa".
Bu cür məxfi sənədlər və həmin bölgələrin qubernatorlarından alınan şifrələnmiş teleqramlar son zamanlaradək naməlum qalmışdı. Onlar bu yaxınlarda türk tarixçiləri tərəfindən üzə çıxarıldı və bəzi mətbu orqanlarda dərc edildi.
Xatırladaq ki, 1917-ci ildə Türkiyə Yunanıstanla da müharibə aparırdı. Ancaq türk hökuməti öz ərazilərində yaşayan yunanları deportasiya etməyi xəyalına belə gətirmədi. Çünki onlar özlərini əsl türk vətəndaşı kimi dinc və sakit aparırdılar. Ermənilər isə satqınlıq və xəyanət yolu tutduqlarından türk hökuməti onların müharibə zonalarından uzaqlaşdırılması barədə strateji cəhətdən düşünülmüş bir qərar verdi.
1915-ci il aprelin 24-də Türkiyənin daxili işlər naziri Tələt Paşa İstanbulda və ölkənin digər şəhərlərində erməni komitələri mərkəzlərinin bağlanılması, onların dövlətə və dövlətçiliyə xəyanət yolu tutmuş bütün rəhbərlərinin dərhal həbs edilməsi, həmin mərkəzlərdəki bütün sənədlərin müsadirə olunması barədə sərəncam verdi. Əvvəlcə 600 nəfər həbs olundu. Sonradan onların bəziləri mühakimə edilib haqlı cəzalarını aldı, bəziləri isə günahlarını etiraf edib bir daha belə çirkin yola qədəm qoymayacaqlarına and içdikdən sonra sərbəst buraxıldılar. Heç demə, onların andı da yalan imiş. Çünki 24 apreldən sonra həbs olunanların sayı 2345-ə catdı. Eçmiədzinin erməni katalikosu həmin həbslərdən 2 gün əvvəl, yəni, aprelin 22-də ABŞ Prezidentinə göndərdiyi teleqramda yazırdı: "Mənim Türkiyədə yaşayan soydaşlarım hər addımda türklərin dəhşətli hücumları ilə qarşılaşır. Sizdən acizanə surətdə xahiş edirəm, erməni xalqını türk fanatizminin əlindən xilas edin". Həmin teleqram ABŞ-a aprelin 24-də çatıb. Lakin teleqram vurulan anadək Türkiyədə bir erməninin belə burnu qanamamışdı. Katalikosun qərb dünyasında türklərə qarşı nifrət və qəzəb kompaniyası yaratmaq məqsədi güdən, yalan, böhtan və iftiralarla dolu həmin teleqramı qısa müddətdə Qərb ölkələrinin əksər mətbu orqanlarında dərc olundu. Katalikos türklərin müharibəyə ciddi hazırlıq gördükləri barədə də ətraflı məlumat verirdi. Xatırladaq ki, erməni katalikosu hələ 8 ay əvvəl, 1914-cü il avqustun 5-də, yəni, Rusiya ilə Türkiyə arasında müharibə başlamazdan əvvəl Qafqazın rus general qubernatoru Varonsova ünvanladığı məktubda yazırdı ki, sizdən xahiş edirəm, əlahəzrət imperatora çatdırasınız ki, Rusiya ilə Osmanlı dövləti arasında müharibə başlayacağı təqdirdə Türkiyədəki ermənilər son nəfərədək Rusiyanın tərəfində olacaq və ona olan sədaqətlərini öz döyüşgənlikləri ilə sübut edəcəklər". Hətta 1915-ci ilin fevralında Rusiyanın Londonda olan səfiri 1500 erməni terrorçusunu hərbi sursatlarla təmin etmək üçün ingilislərlə danışıqlara başlamışdı. Həmin ilin əvvəllərində ruslar türklərin xəbəri olmadan İran tərəfdən keçib Ararata hücum etdilər. Vana deportasiya edilmiş ermənilərin qiyamı da məhz o vaxt başladı. Vanın qubernatoru martın 20-də silahlı üsyan haqqında məlumat verirdi: "Qiyam qaldıran ermənilərin sayı 2 mini ötüb. Hazırda üsyanı yatırmağa çalışırıq". Martın 23-də qubernator qiyamın genişlənib qonşu kəndlərə də keçdiyi barədə məlumat verirdi. 1 aydan sonra vəziyyət daha da gərginləşdi. Qubernator həyəcan təbili çalırdı: "Regionda 4 min erməni üsyançısı var, hamısı silahlıdır, yolları kəsiblər, yaxın kəndlərə soxulub günahsız əhalini zorla özlərinə tabe edirlər. Ərləri ölkənin qərb vilayətlərindəki müharibədə olan müsəlman qadınların və uşaqların, həmçinin ağsaqqal və ağbirçəklərin əksəriyyəti evsiz-eşiksiz qalıb, var-yoxları talan edilib". Rusiyanın Qafqaz ordusu Van vilayətinə hücum edəndə məşhur Amerika tarixçisi Stenfor Şou öz ölkəsinə xəbər verirdi: "...Rus ordusunda böyük sayda erməni könüllüləri birləşib. Aprelin 28-də İrəvandan yola düşüb, mayın 14-də Vana çatan həmin erməni dəstələri artıq iki gündür ki, yerli müsəlman əhaliyə qarşı kütləvi qırğınlara başlayıblar. Rusların köməyi ilə qədim türk torpağı olan Vanda qondarma "erməni dövləti" yaradılıb. Mayın 18-də öz sədaqətlərinə görə erməni əhalisinə minnətdarlığını bildirən rus çarının sərəncamı ilə Aram Manukyan adlı bir daşnak Vanın rus qubernatoru təyin edilib. Görünür ki, gəlmə ermənilər yerli müsəlman əhalini ya tamam qırıb qurtardıqdan, ya da son nəfərinədək deportasiya etdikdən sonra burada məskunlaşmaq fikrindədirlər". 1915-ci ilin aprelində ermənilər Vanı ələ keçirdilər. Orada daşnak partiyasının lideri Barelin rəhbərliyi altında erməni qərargahı yaradıldı. Mayın 6-da Van müsəlman əhalidən tam təmizləndikdən sonra ermənilər şəhər qapılarını rus ordusunun üzünə açdılar. Bu cinayətin təşkilatçıları arasında Osmanlı parlamentinin daşnak partiyası tərəfdən keçmiş üzvü, hələ 1896-cı ildə Osmanlı bankına bomba qoyub partlatmaqla, oradan külli miqdarda pul ələ keçirmiş Qarro adı ilə məşhur olan Pasdermadcanyan adlı bir erməni də var idi.
Məşhur Amerika tarixçisi Rafael de Hoqales 1926-cı ildə Nyu-Yorkda nəşr etdirdiyi "For years beneath the cressent" adlı əsərində yazırdı ki, "Pasdermadcanyan rusların türklərlə üzbəüz olan hərbi düşərgəsinə gələrək buradakı 3-cü ordunun tamamilə ermənilərdən ibarət olan əsgər və zabitlərindən böyük bir dəstəni özü ilə götürüb geri qayıtdı. Onlar yaxınlıqdakı kəndləri yandırmağa, qarşılarına çıxan bütün dinc müsəlman əhalini vəhşicəsinə öldürməyə başladılar". Həmin il aprelin 22-də Sivasın qubernatoru da bölgədə 30 min silahlı erməninin olduğu, onların 15 min nəfərinin rus ordusu tərəfinə keçdiyini, 15 mininin isə türk ordusuna arxadan zərbə endirmək üçün ehtiyatda saxlanıldığını xəbər verirdi. O vaxt Anadolu, Bitlis və Muş da erməni qiyamçıları tərəfindən işğala məruz qalmışdı. Bütün bu faktlar baş qərargaha ünvanlanmış rəsmi teleqramlardan götürülüb.
Teleqramlardan birində deyilirdi: "Muşun, Türkiyənin şərq rayonlarının, həmçinin digər mühüm mərkəzlərin on minlərlə erməni əhalisi Vanda yaradılmış yeni "erməni dövləti"nə üz tutublar. İyulun ortalarında şəhərdə əhalinin sayı artıq 250 minə çatıb ki, bu da 3-4 ay əvvəlkindən 7-8 dəfə çoxdur". Əsərdə deyildiyi kimi, erməni xalqını öz rəhbərliyi altında birləşdirmək arzusilə qovrulan Eşmiədzin katalikosunun ABŞ rəhbərliyinə vurduğu teleqramdan bir müddət sonra ABŞ Prezidentinin sərəncamı ilə Konstantinopola səfir təyin olunmuş Morqentau Tələt Paşa ilə görüşündə Osmanlı imperiyasının tərkibində müstəqil erməni dövləti yaradılması barədə ABŞ-ın hazırladığı layihədən də söz açmışdı. Lakin Tələt Paşa buna qarşı öz kəskin etirazını bildirərək demişdi: "Əvvəla, bir dövlətin daxilində ikinci bir dövlət yaratmaq olmaz. İkincisi, ermənilər satqınlıq və xəyanət yolunun yolçularıdır. Biz yurd-yuvası olmayan o millətə rəhm edib öz torpağımızda sığınacaq verdik. Onları vətənsizlik əzabından xilas etdik. Xoş güzəranları üçün hər cür şərait yaratdıq. Onlar isə ən dar məqamda bizə arxa çevirdilər, rus çarizmi ilə birləşib bizə qarşı əks-hücuma keçdilər. Biz yenə də dözdük. Müharibənin sonunadək onların təhlükəsizliyini təmin etmək üçün qeyd-şərtsiz köçürülmə əməliyyatına qərar verdik. İndi onlar bizim Anadoluda öz qondarma dövlətlərini yaratmaq istəyirlər. Bu mümkün olan iş deyil." 1915-ci il iyulun əvvəllərində Osmanlı ordusu rus hərbi birləşmələrini sıxışdırıb Vandan çıxarmağa nail oldu. Geri çəkilən rus ordusunu minlərlə silahlı erməni müşayiət edirdi. Lakin onlar təşviş içində idilər. Erməni tarixçisi Hovanesyan həyəcanla yazırdı: "Qorxu təsvirəgəlməzdir. Artıq türklər Van şəhərini azad ediblər. Biz hər şeyi itirdik... 200 mindən artıq erməni geri çəkilən rus ordusu ilə birlikdə Zaqafqaziyaya qaçdı. Türk torpaqları hesabına böyük Ermənistan yaratmaq arzumuz gözümüzdə qaldı".
Jorj de Malevil qeyd edir ki, Böyük Britaniya məhkəməsi uzun prosesdən sonra 1921-ci il iyulun 29-da "erməni soyqırımı" ilə əlaqədar məsələnin qapanması barədə qərar verdi. Qərarda qeyd olunurdu ki, "1915-ci ildə Türkiyədə ermənilərə qarşı heç bir soyqırımı mövcud olmayıb. Bu, sadəcə olaraq iç dünyaları kin-küdurət mənbəyi olan o bədnam millətin türklərə qəzəb və nifrətindən qaynaqlanan cirkin bir təbliğatdır. Osmanlı dövləti arxivlərinin qapıları üzümüzə taybatay açıq olsa da, həmin dövrün canlı şahidlərinin əksəriyyəti bu gün sağ-salamat yaşasalar da, ermənilərin türklər tərəfindən soyqırımına məruz qalmaları barədə bir yazılı və şifahi məlumata, bir şahid ifadəsinə belə rast gələ bilmədiyimizdən məsələni qapatmağı zəruri bildik". Məhkəmə onu da xatırladırdı ki, "Osmanlı imperiyası mənşəcə irqçiliyin nə olduğunu bilməyən barışdırıcı bir dövlətdir. Orada dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq bütün imperiya vətəndaşları üçün vahid və ədalətli bir hüquq sistemi mövcuddur. Əgər belə olmasaydı, erməni ziyalıları öz peşələrinə uyğun müxtəlif vəzifə kürsülərində əyləşə, 1915-ci il qiyamının təşkilatçıları olan, türk dövlətinə və dövlətçiliyinə qarşı düşmən mövqedə dayanan "İttifaq və tərəqqi" partiyasının liderləri Bramyan, Papazyan və Kaçaznunı hələ 1909-cu ildə türk parlamentində deputatlıq mandatı qazana bilməzdilər".
Malevil onu da qeyd edir ki, 1920-ci ildə Parisdə Andonyan adlı bir erməni aliminin "Ermənilərin qətli haqqında rəsmi sənədlər" adlı əsəri fransız və ingilis dillərində nəşr olunmuşdu. Şifrələnmiş teleqramların surətləri olan həmin sənədlərdə guya Tələt Paşa 1915-1916-cı illərdə ermənilərin kütləvi qətli barədə sərəncam vermişdi. Lakin 1921-ci ildə Tələt Paşanı qətlə yetirən Texliryan adlı bir erməni terrorçusunun məhkəmə prosesi zamanı ekspertlər Andonyanın yaxasından tutub həmin sənədlərin əslini tələb edərkən o, "evimdən oğurlayıblar" deyə cavab vermişdi. Sonralar ciddi araşdırmalar nəticəsində məlum olmuşdu ki, həmin teleqramlar Andonyanın özü tərəfindən hazırlanmış saxta sənədlərdir. Budur, erməni saxtakarlığı, erməni xəyanəti.
Rus çarizmi ilə türk imperiyası arasındakı qanlı-qadalı müharıbə 1917-ci ilin sonlarınadək davam etdi. 1917-ci il Peterburq inqilabından sonra rus ordusu iflic vəziyyətinə düşdü. Həmin il dekabrın 18-də bolşeviklər Osmanlı hökuməti ilə Ərzincanda müvəqqəti barışıq müqaviləsi imzaladılar. 1918-ci il martın 3-də Brest-Litovski müqaviləsinə imza atıldı və Osmanlı imperiyasının şərq ərazilərinin, həmçinin ruslar tərəfindən işğala məruz qalmış Qars və Ərdəhan vilayətlərinin türklərə qaytarıldığı elan olundu. O xəyanətkar millətə isə indi Ermənistan adlanan ərazi qaldı. Ancaq "Böyük Ermənistan" xülyasilə yaşayan ermənilər bununla da razılaşmadılar və gələcəkdə öz xəyanətkar işğalçılıq siyasətlərini davam etdirmək üçün sürətlə silahlanma yoluna qədəm qoydular. Bunun son nəticəsi 1988-1993-cü illərdə Azərbaycanın Daqlıq Qarabağ və ona bitişik 7 rayonunun işğalı oldu. Ermənilərin 1 milyondan artıq soydaşımızı öz tarixi ata-baba torpaqlarından didərgin salmaları hamıya bəllidir. Ancaq ərazilərimiz hesabına dövlət sahibi olmuş o namərdlərin 23 ildən bəri işğala məruz qoyduqları torpaqlarımızdan ya beynəlxalq hüquq normaları əsasında dinc yolla, ya da bütün maneələri dəf etmək qüdrətinə malik olan milli ordumuzun gücü ilə çıxarılacağı gün uzaqda deyil.
Zeynal VƏFA
Azərbaycan.-2013.- 24 aprel.- S.11.