Rəsmi qarşılanma mərasimi
Latviya Prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri
Azərbaycan Respublikasına rəsmi
səfərə gələn
Latviya Respublikasının
Prezidenti Andris Berzinşin aprelin 24-də
rəsmi qarşılanma
mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı meydanda
ali qonağın
şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Fəxri
qarovul dəstəsinin
rəisi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə
raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşi qarşıladı. Fəxri
qarovul dəstəsinin
rəisi Latviya Prezidentinə raport verdi.
Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycanın dövlət və hökumət nümayəndələri
Prezident Andris Berzinşə, Latviya nümayəndə heyətinin
üzvləri Prezident
İlham Əliyevə
təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının
qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2013.- 25 aprel.- S.1.