Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti
Andris Berzinşin təkbətək görüşü
Latviya Prezidenti Andris Berzinşin Azərbaycana
rəsmi səfəri
Aprelin
24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Latviya
Respublikasının Prezidenti Andris Berzinşin təkbətək
görüşü olmuşdur.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə, o cümlədən
siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq
ifadə edildi. Yüksək səviyyəli səfərlərin
Azərbaycan ilə Latviya arasında əlaqələrin
genişləndirilməsi baxımından əhəmiyyəti
vurğulandı.
Dövlət
başçıları ölkələrimiz arasında
iqtisadiyyatın müxtəlif
sahələrində əməkdaşlığın
daha da inkişaf etdirilməsi üçün yaxşı
potensialın olduğunu bildirdilər. Bu səfərin həmin
sahələrin müəyyənləşdirilməsi işinə
töhfələr verəcəyi qeyd edildi.
Görüşdə
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı
çərçivəsində ölkəmizin Latviya ilə
münasibətlərinin genişləndirilməsi məsələləri
müzakirə olundu.
Əlaqələrimizin
bundan sonra da möhkəmlənəcəyinə əminlik
ifadə olunduğu görüşdə ikitərəfli və
qarşılıqlı maraq doğuran məsələlər
barədə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 25 aprel.- S.1.