«Sənaye parkları haqqında Nümunəvi Əsasnamə»nin təsdiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
"Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"
təsdiq edilsin (əlavə olunur).
2.
Müəyyən edilsin ki, "Sənaye parkları
haqqında Nümunəvi Əsasnamə"də "səlahiyyətli
orqan" dedikdə Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi nəzərdə tutulur.
3. Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
3.1.
"Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin
4.3-cü bəndinin ikinci cümləsində, 7.1.6-cı,
7.1.17-ci yarımbəndlərində, 9.2-ci bəndinin birinci
cümləsində, 9.3-cü bəndinin ikinci cümləsində,
9.6.6-cı yarımbəndində, 9.7-ci bəndində, 9.10-cu
bəndinin birinci və üçüncü cümlələrində,
9.11-ci və 13.3-cü bəndlərində nəzərdə
tutulmuş aktları qəbul etsin;
3.2.
"Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"dən
irəli gələn digər funksiyaları həyata
keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 aprel
2013-cü il
Azərbaycan.-2013.- 25 aprel.- S.1.