Azərbaycan Dövlət İqtisad
və Latviya universitetləri arasında birgə əməkdaşlığa
dair memorandum imzalanmışdır
Aprelin
24-də Latviya Universitetinin
rektoru, professor Martsis Auzinş Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.
AzərTAc xəbər verir
ki, görüşdə
ADİU-nun rektoru, Milli
Məclisin deputatı,
professor Şəmsəddin Hacıyev rəhbərlik etdiyi ali təhsil
ocağının fəaliyyəti,
beynəlxalq əlaqələri
barədə məlumat
vermiş, eyni zamanda iki ölkə
arasında əlaqələrin
inkişafından danışmışdır.
ADİU ilə əməkdaşlıqda
maraqlı olduğunu bildirən M.Auzinş bu əməkdaşlığın
iki ölkə arasında əlaqələrin
inkişafına töhfə
verəcəyinə əminliyini
vurğulamışdır.
Sonra
ADİU ilə Latviya Universiteti arasında birgə əməkdaşlığa
dair memorandum imzalanmışdır.
Sənəddə iki universitet arasında tələbə və müəllim mübadiləsi,
birgə layihələr,
konfranslar və digər təhsil əlaqələri ilə
bağlı məsələlər
əksini tapmışdır.
Sənədi
ADİU-nun rektoru Şəmsəddin Hacıyev və Latviya
Universitetinin rektoru Martsis Auzinş imzalamışlar.
Azərbaycan.-2013.- 25 aprel.- S.4.