Əli HƏSƏNOV: Azərbaycan qondarma «erməni soyqırımı»na qarşı mübarizədə hər zaman Türkiyənin yanındadır

 

Azərbaycan qondarma "erməni soyqırımı"na qarşı mübarizədə hər zaman Türkiyənin yanındadır. "Trend"-in məlumatına görə, bunu Türkiyənin "TRT Haber" kanalına açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycanda Türkiyəyə ikinci vətən kimi baxırlar. Türkiyənin problemlərini öz problemimiz, sevincini də öz sevincimiz hesab edirik" - deyə Əli Həsənov bildirib.

O deyib ki, əsl soyqırımı Xocalıda ermənilər tərəfindən törədilib. PA rəsmisi bildirib ki, Xocalıda bir gecənin içində 613 mülki vətəndaşın türk olduğuna görə qətlə yetirilməsi əsl soyqırımdır. Əli Həsənov deyib: "Olmayan fakta görə hesab verilməz. Əslində isə 1915-ci il hadisələri ermənilərin daxildən türklərə qarşı etdiyi xəyanət və vəhşilik idi".

 

 

Azərbaycan.-2013.- 25 aprel.- S.6.