«Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi» mövzusunda Bakıda keçirilmiş Beynəlxalq konfransda Prezident İlham Əliyevin nitqinin mətni BMT-nin rəsmi sənədi kimi yayılmışdır

 

Bu il martın 18-19-da Azərbaycan hökumətinin, BMT-nin və İSESCO-nun təşkilatçılığı ilə Bakıda "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda geniş nitq söyləmişdir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Prezident İlham Əliyevin konfransdakı nitqinin mətni Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılmışdır.

Dövlət başçısı İlham Əliyevin nitqinin mətni ilə BMT-nin rəsmi saytının http://daccess-dds-ny.un.org/doc/UNDOC/GEN/N13/287/44/PDF/N1328744.pdf?OpenElement ünvanında tanış olmaq mümkündür.

 

 

Azərbaycan.-2013.- 25 aprel.- S.10.