Həmkarlar ittifaqları işçilərinə
«Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi
döş nişanı» təqdim edilmişdir
Aprelin
24-də "Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının 20 illik yubileyi döş
nişanı"na layiq görülmüş həmkarlar
ittifaqları işçilərinə mükafatların təqdim
edilməsi mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbiri açan Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Mehbalıyev dövlət
başçısının həmkarlar ittifaqına göstərdiyi
diqqət və qayğıdan danışmışdır.
Bildirmişdir ki, qanunvericiliyimizdə işçilərin
hüquqlarının qorunması istiqamətində bir
sıra mühüm dəyişikliklər edilmişdir.
Səttar
Mehbalıyev vurğulamışdır ki, AHİK-nın
İcraiyyə Komitəsinin qərarına əsasən, həmkarlar
ittifaqının 132 nəfər üzvü sosial-iqtisadi
hüquq və mənafelərin təmin olunması istiqamətində
gördükləri işlərə və həmkarlar
ittifaqının fəaliyyətində yaxından
iştiraklarına görə "Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının 20 illik yubileyi
döş nişanı"na layiq
görülmüşdür.
Sonra
döş nişanları sahiblərinə təqdim
edilmişdir.
Yubiley
döş nişanına AzərTAc-ın Həmkarlar
İttifaqı Komitəsinin sədri Ağaqulu Niftəliyev də
layiq görülmüşdür.
Mükafat
alanlar çıxış edərək həmkarlar
ittifaqları işçilərinə göstərdiyi diqqət
və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 25 aprel.- S.10.