Sənaye parkları haqqında Nümunəvi
Əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1.
"Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"
(bundan sonra - Əsasnamə) "Sumqayıt Kimya Sənaye
Parkının yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli
Fərmanının 7.1.2-ci yarımbəndinə əsasən
hazırlanmışdır və dövlət tərəfindən
sənaye parklarının yaradılması, idarə edilməsi
və onlarda sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı məsələləri
tənzimləyir.
1.2.
Sənaye parklarında "Sahibkarlıq fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
qadağan edilməyən, müasir texnologiyaların tətbiqi
yolu ilə yüksək rəqabət qabiliyyətli məhsulların
istehsalı və xidmətlərin göstərilməsi ilə
bağlı sahibkarlıq fəaliyyəti həyata
keçirilir.
1.3.
Bu əsasnamədə istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.3.1. sənaye parkı - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi;
1.3.2. idarəedici təşkilat - sənaye parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən dövlətə məxsus hüquqi şəxs;
1.3.3. sənaye parkının operatoru (bundan sonra - operator) - səlahiyyətli orqan tərəfindən müsabiqə əsasında seçilən və idarəedici təşkilatla bağlanan idarəetmə sazişi çərçivəsində sənaye parkının idarə olunmasını təmin edən hüquqi şəxs;
1.3.4. sənaye parkının rezidenti - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış, sənaye parkının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və operatorla sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlamış hüquqi və fiziki şəxs;
1.3.5. mühəndis-kommunikasiya təminatı sistemi - sənaye parkında obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su, kanalizasiya təminatı və tullantı sularının axıdılması vasitələri və qurğuları;
1.3.6. sənaye parkının infrastrukturu - yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və sənaye parkının fəaliyyət göstərməsini təmin edən digər obyektlərin kompleksi;
1.3.7. sənaye parkının ümumi istifadədə olan əraziləri - sənaye parkının sərhədləri daxilində sənaye parkının infrastrukturunun, küçələrin, meydanların, stadionların, idman meydançalarının və yaşıllıqların yerləşdiyi, habelə ümumi istifadə üçün nəzərdə tutulan digər ərazilər.
1.4. Bu əsasnamə dövlət tərəfindən yaradılan sənaye parklarına şamil olunur.
1.5. Sənaye parkı ixtisaslaşmış və qarışıq profilli ola bilər.
1.6. Bu əsasnamə idarəetmə sazişi qanunla təsdiq edilən sənaye parklarına şamil edilmir.
2. Sənaye parkının yaradılmasının məqsədləri
2.0. Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:
2.0.1. innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
2.0.2. iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
2.0.3. ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
2.0.4. əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.
3. Sənaye parkının yaradılması
3.1. Sənaye parkı dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye parkının yaradılması haqqında qərar səlahiyyətli orqanın təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Sənaye parkına xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri onların mülkiyyətçiləri ilə bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir.
3.2. Sənaye parkının yaradılması haqqında qərarda sənaye parkının yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşdirilmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.
3.3. Səlahiyyətli orqanın sənaye parkının yaradılması haqqında təklifinə aşağıdakı sənədlər əlavə edilir:
3.3.1. sənaye parkının yaradılmasının iqtisadi əsaslandırılması;
3.3.2. sənaye parkının müvafiq ərazisinin iqtisadi, sosial və ekoloji şəraitinin təhlili, maddi və əmək resursları, mühəndis-kommunikasiya və digər infrastrukturla təminat imkanları barədə məlumat;
3.3.3. sənaye parkının təklif olunan fəaliyyət profili, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri barədə məlumatlar;
3.3.4. sənaye parkının ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan sənaye parkında yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı;
3.3.5. yaradılması təklif olunan sənaye parkının əsasnaməsinin layihəsi;
3.3.6. sənaye parkının yaradılması ilə əlaqədar tədbirlər planı.
3.4. Sənaye parkının yaradılması üçün ayrılan torpaq sahəsi:
3.4.1. məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmalıdır;
3.4.2. dövlət əhəmiyyətli, beynəlxalq avtomobil və dəmir yollarına, hava və dəniz limanlarına, habelə mühəndis-kommunikasiya təminatı sistemlərinə çıxış imkanlarına malik olmalıdır;
3.4.3. əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olmalıdır;
3.4.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslarla həyata keçirilən torpağın məcburi alınması ilə bağlı tədbirlərdən azad olmalıdır;
3.4.5. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir.
3.5. Sənaye parkının ərazisi onun fəaliyyəti üçün zəruri olan infrastrukturun (yol, elektrik enerjisi, qaz, su təminatı və s.), işçi qüvvəsinin və digər amillərin mövcudluğu, habelə ərazinin inkişaf perspektivi qiymətləndirilməklə müəyyən edilir.
3.6. Sənaye parkı üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Sənaye parkı üçün ayrılan torpaq sahəsi yalnız sənaye parkının fəaliyyəti məqsədi ilə istifadə edilir.
3.7. Sənaye parkının fəaliyyət müddəti 30 il təşkil edir. Sənaye parkının fəaliyyət müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla bilər.
4. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı
4.1. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, sənaye parkının əsasnaməsinə və sənaye parkının inkişaf konsepsiyasına uyğun həyata keçirilir.
4.2. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat tərəfindən həyata keçirilir. İdarəedici təşkilat və operator sənaye parkının fəaliyyətinə görə cavabdehdirlər. İdarəedici təşkilat və operator sənaye parkının rezidenti kimi fəaliyyət göstərə bilməz.
4.3. Sənaye parkının daha səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə səlahiyyətli orqanın müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. Operatorun müsabiqə əsasında seçilməsi qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir.
4.4. Sənaye parkının operator tərəfindən idarə olunması onunla idarəedici təşkilat arasında bağlanılan idarəetmə sazişi əsasında həyata keçirilir.
4.5. İdarəetmə sazişində bu əsasnamənin müddəaları nəzərə alınmaqla, aşağıdakılar müəyyən edilir:
4.5.1. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi üzrə tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;
4.5.2. sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması ilə bağlı xərclərin və gəlirlərin bölüşdürülməsi qaydası;
4.5.3. idarəetmə sazişinin müddəti;
4.5.4. sənaye parkının infrastrukturunun verilməsi, istismarı və saxlanılması şərtləri;
4.5.5. sənaye parkının infrastrukturuna münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası;
4.5.6. sənaye parkının ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələrinin operatora verilməsi və onlara münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası;
4.5.7. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası və Azərbaycan Respublikasının qanunlarına zidd olmayan digər müddəalar.
4.6. Sənaye parkının fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
4.6.1. sənaye parkı üçün ayrılmış torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilir;
4.6.2. sənaye parkının infrastrukturu yaradılır;
4.6.3. ofis, konsaltinq, laboratoriya müayinəsi, anbar, ərazinin mühafizəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilir.
4.7. Sənaye parkının ərazisinin planlaşdırılması müvafiq tikinti ərazisi üçün qüvvədə olan ərazi planlaşdırma sənədləri əsasında həyata keçirilir.
4.8. Sənaye parkının Əsasnaməsi səlahiyyətli orqan tərəfindən təsdiq olunur. Əsasnamədə sənaye parkının vəzifələri, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, sənaye parkının müvafiq dövlət və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətləri və digər məsələlər müəyyən edilir.
4.9. Sənaye parkının infrastrukturu və sənaye parkının ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələri dövlət mülkiyyəti hesab olunur.
4.10. Sənaye parkının ərazisində sənaye parkının rezidenti tərəfindən yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğuların rezidentin mülkiyyəti hesab olunur.
4.11. Sənaye parkının rezidentinə icarəyə verilən torpaq sahəsində olan infrastruktur ümumi istifadədə qalır.
5. Səlahiyyətli orqanın funksiyaları
5.0. Səlahiyyətli orqan:
5.0.1. sənaye parkının yaradılması və fəa
liyyəti sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
5.0.2. sənaye parkının yaradılması və vaxtından əvvəl ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
5.0.3. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata köməklik göstərir;
5.0.4. sənaye parkında inhisarçılığa yol verilməməsi üçün tədbirlər görür;
5.0.5. sənaye parkının fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
5.0.6. istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görür;
5.0.7. müsabiqə yolu ilə operator seçir;
5.0.8. bu əsasnamə ilə müəyyən
edilmiş digər funksiyaları həyata keçirir.
6.
İdarəedici təşkilatın funksiyaları
6.0.
İdarəedici təşkilat:
6.0.1. sənaye parkının fəaliyyətinin təşkili,
idarə olunması və inkişafı ilə bağlı tədbirlər
görür;
6.0.2. sənaye parkının rezidentlərinin
qeydiyyatını (reyestrini) aparır, onlara sənaye
parkının qeydiyyat şəhadətnaməsini verir;
6.0.3. sənaye parkının ərazisində
dövlət mülkiyyətində olan torpaq sahələrini
sənaye parkının rezidentlərinə icarəyə
verir;
6.0.4. sənaye parkının idarə olunması və
inkişafı məqsədi ilə səlahiyyətli orqana təkliflər
verir;
6.0.5. sənaye parkının inkişaf
konsepsiyasını hazırlayır və səlahiyyətli
orqanla razılaşdırmaqla təsdiq edir;
6.0.6. sənaye parkının rezidentləri və
onlarla dövlət və yerli özünüidarəetmə
orqanları arasında qarşılıqlı fəaliyyəti
əlaqələndirir;
6.0.7. sənaye parkının idarə olunması
üçün operator seçildiyi halda onunla idarəetmə
sazişi bağlayır, operator tərəfindən idarəetmə
sazişindən irəli gələn vəzifələrin
icrasına nəzarət edir;
6.0.8. sənaye parkının fəaliyyəti və
inkişafı barədə yarımillik hesabatları, o
cümlədən kənar audit hesabatlarını səlahiyyətli
orqana təqdim edir;
6.0.9. dövlət orqanları tərəfindən sənaye
parkının rezidentlərində keçirilən yoxlamalarda
rezidentlərin dəvəti ilə iştirak edir;
6.0.10. sənaye parkında tikintiyə və tikinti
obyektinin istismarına icazənin alınması ilə
bağlı sənaye parkının rezidentinin adından təmsilçilik
("bir pəncərə") funksiyasını yerinə
yetirir;
6.0.11. sənaye parkının rezidentləri və
onlarla operator arasında mübahisələrin
danışıqlar yolu ilə həllinə kömək edir;
6.0.12. bu əsasnamə və idarəetmə
sazişi ilə müəyyən edilmiş digər
funksiyaları həyata keçirir.
7.
Operatorun funksiyaları
7.1.
Operator idarəetmə sazişi çərçivəsində:
7.1.1. sənaye parkının hüdudlarında idarəetməni
və təsərrüfat fəaliyyətini təşkil edir;
7.1.2. sənaye parkının infrastrukturuna xidmət
göstərir, onun normal fəaliyyətini təmin edir, cari və
əsaslı təmirini həyata keçirir;
7.1.3. sənaye parkının fəaliyyətini təşviq
edir, sənaye parkında istehsalın inkişafı
üçün investorları cəlb edir və onlarla
danışıqlar aparır;
7.1.4. sənaye parkının rezidenti olmaq istəyən
hüquqi və fiziki şəxslərlə niyyət
razılaşması bağlayır;
7.1.5. sənaye parkının rezidentləri ilə
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə
dair müqavilə bağlayır;
7.1.6. səlahiyyətli orqanın müəyyən
etdiyi qaydada sənaye parkının rezidentlərinin fəaliyyətləri
haqqında hesabat-statistik məlumatlar alır, onların fəaliyyətinin
monitorinqini həyata keçirir;
7.1.7. sənaye parkında sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsinə dair sənaye parkının
rezidentləri ilə bağlanmış müqavilələrin
şərtlərinə əməl olunmasına nəzarət
edir, həmin müqavilələr üzrə pozuntuların
aradan qaldırılması və vurulmuş zərərin
ödənilməsi ilə bağlı tədbirlər
görür;
7.1.8. istilik və elektrik enerjisinin, suyun və
qazın paylanması, tullantı sularının
axıdılması və məişət
tullantılarının yığılması xidmətlərini
göstərir;
7.1.9. sənaye parkının ərazisində
qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini
və istifadəsini təmin edir;
7.1.10.
ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq,
peşə hazırlığı, marketinq, hüquq, logistika,
rabitə, mühafizə, ictimai iaşə, təşviqat,
xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət
xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli
həyata keçirilməsi üçün qadağan
olunmayan digər xidmətlərin göstərilməsini
bilavasitə və ya müvafiq müqavilələr əsasında
təmin edir;
7.1.11. sənaye parkında səlahiyyətli
orqanın, idarəedici təşkilatın, habelə digər
aidiyyəti dövlət orqanlarının səlahiyyətlərinin
həyata keçirilməsi üçün şərait
yaradır;
7.1.12. sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi, bu əsasnaməyə əməl edilməsi
ilə bağlı sənaye parkının rezidentlərinə
köməklik göstərir;
7.1.13. sənaye parkının inkişafı ilə
bağlı təkliflər hazırlayır, onun inkişaf
konsepsiyasını, yerli və xarici investisiyaları cəlb
edən proqramları həyata keçirir;
7.1.14. elmi texniki potensialın inkişafı və
gücləndirilməsi məqsədi ilə yerli və xarici
elm və təhsil müəssisələri ilə əməkdaşlıq
edir;
7.1.15. idarəedici təşkilatla əməkdaşlıq
edir, onun tələbi ilə fəaliyyəti haqqında məlumatları
təqdim edir;
7.1.16. mühasibat uçotunu aparır və statistik
hesabatları tərtib edir;
7.1.17. sənaye parkında həyata keçirilən
fəaliyyət haqqında yarımillik hesabatı, habelə
öz fəaliyyətinin kənar auditor hesabatını səlahiyyətli
orqanın müəyyən etdiyi qaydada idarəedici təşkilata
təqdim edir;
7.1.18. bu əsasnamə və idarəetmə
sazişi ilə müəyyən edilmiş digər
funksiyaları yerinə yetirir.
7.2.
Operator seçilmədiyi halda bu əsasnamənin operatora dair
müddəaları idarəedici təşkilata şamil
olunur.
8.
Operatorun gəlirləri
8.1.
Operatorun gəlirləri aşağıdakı mənbələrdən
formalaşır:
8.1.1. sənaye
parkının sosial, mədəni, ictimai iaşə, inzibati və
istehsal təyinatlı obyektlərinin icarəyə verilməsindən
əldə olunan gəlirin "İcarə haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hissəsindən;
8.1.2. sənaye parkının idarə olunmasına
görə alınan haqlardan;
8.1.3. istilik və elektrik enerjisinin, suyun və
qazın paylanması, tullantı sularının
axıdılması və məişət
tullantılarının yığılması xidmətlərindən;
8.1.4. kreditlərdən, qrantlardan, ianələrdən;
8.1.5. müxtəlif məsləhət, logistika,
mühafizə xidmətlərindən və qadağan olunmayan
digər mənbələrdən.
8.2. Sənaye
parkının sosial, mədəni, ictimai iaşə, inzibati və
istehsal təyinatlı obyektləri operator tərəfindən
icarəyə verilir.
8.3. Sənaye
parkının idarə olunmasına görə haqqa sənaye
parkının infrastrukturunun və ümumi istifadədə
olan ərazilərinin saxlanılması xərcləri daxildir
və bu xərclər sənaye parkının rezidentləri tərəfindən
ödənilir. Sənaye parkının idarə
olunmasına görə haqq idarəedici təşkilat tərəfindən
gəlir və xərclər nəzərə alınmaqla
müəyyən edilir.
8.4. Sənaye
parkında icarə əsasında istifadə olunan obyektlərin
saxlanması xərcləri bu əsasnamənin 8.3-cü bəndində
nəzərdə tutulan xərclərə daxil edilmir.
8.5. Bu əsasnamənin
8.3-cü bəndində nəzərdə tutulan xərclərdə
(təmizləyici qurğuların istismarı xərcləri
istisna olmaqla) sənaye parkının rezidentinin payı onun
icarəyə götürdüyü torpaq sahəsinin
ölçüsünə görə müəyyən
edilir. Təmizləyici qurğuların istismar xərcləri
axıdılan suyun həcmindən və çirkləndirmənin
miqyasından asılı olaraq sənaye parkının
rezidenti tərəfindən ödənilir.
8.6.
Operator tərəfindən istilik və elektrik enerjisinin, suyun
və qazın topdansatış qiymətlərlə
alınması və sənaye parkının rezidentlərinə
pərakəndə satış qiymətləri ilə
satılması, habelə tullantı sularının
axıdılması xidməti Azərbaycan
Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən
müəyyən edilən tariflərə uyğun olaraq həyata
keçirilir.
9. Sənaye
parkının rezidentinin fəaliyyəti
9.1. Sənaye
parkının rezidenti sənaye parkında sahibkarlıq fəaliyyətini
Azərbaycan Respublikasının qanunlarına və operatorla
bağladığı müqaviləyə uyğun həyata
keçirir.
9.2. Sənaye
parkında fəaliyyət göstərmək
üçün hüquqi və fiziki şəxslər səlahiyyətli
orqanın təsdiq etdiyi nümunəvi formaya uyğun
operatorla niyyət razılaşması bağlamalı və
bu əsasnamə ilə müəyyən edilmiş qaydada
qeydiyyatdan keçərək sənaye parkının qeydiyyat
şəhadətnaməsini almalıdırlar. Hüquqi
və fiziki şəxslərin sənaye parkının
rezidenti kimi qeydiyyatı ilə bağlı qərarın qəbul
edilməsi üzrə inzibati icraat "İnzibati icraat
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.
9.3.
Hüquqi və fiziki şəxslər sənaye
parkının rezidenti kimi qeydiyyatdan keçmək
üçün birbaşa və ya operator vasitəsilə ərizə
ilə idarəedici təşkilata müraciət edirlər. Ərizənin forması və ona əlavə edilən
sənədlərin siyahısı səlahiyyətli orqan tərəfindən
müəyyən edilir.
9.4.
İdarəedici təşkilat ərizəni qeydiyyata alır
və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd
(arayış) təqdim edir. İdarəedici təşkilat 3
(üç) iş günü müddətində ərizəçi
tərəfindən təqdim olunmuş ərizənin və
ona əlavə edilmiş sənədlərin bu əsasnamənin
9.3-cü bəndinin ikinci cümləsinin tələblərinə
uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə
edilmiş sənədlərdə aradan qaldırılması
mümkün olan və qeydiyyata almaqdan imtinaya səbəb
olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin
qeydiyyata alındığı tarixdən 5 (beş)
iş günündən gec olmayaraq, idarəedici təşkilat
tərəfindən həmin çatışmazlıqlar
göstərilməklə, bu barədə ərizəçiyə
yazılı məlumat verilir.
9.5. Ərizəçi
yazılı məlumatı aldığı vaxtdan ən geci
15 (on beş) iş günü ərzində
həmin çatışmazlıqları aradan
qaldırmalıdır. Bu zaman qeydiyyata alma
müddətinin axımı dayandırılır və
dayandırılmış müddət qeydiyyata alma prosedurunun
ümumi müddətinə daxil edilmir. Ərizəçi
çatışmazlıqları aradan qaldırdıqdan sonra
qeydiyyata alma müddətinin axımı bərpa
olunur.
9.6. Ərizəçi
tərəfindən təqdim olunan investisiya layihəsi
aşağıdakı meyarlar əsasında idarəedici təşkilat
tərəfindən qiymətləndirilir:
9.6.1. investisiya layihəsinin ixtisaslaşmış sənaye
parkının profilinə uyğunluğu;
9.6.2. investisiya layihəsinin istehsal (emal) olunan sənaye
məhsulları üzrə prioritetlərə
uyğunluğu;
9.6.3. məhsul (iş, xidmət) istehsalı
(emalı) üzrə müasir texnologiyaların tətbiqi;
9.6.4. investisiya layihəsi üzrə istehsalı nəzərdə
tutulan məhsulun (işin, xidmətin) innovasiya və
ixracyönlü, habelə rəqabətə davamlı
olması;
9.6.5. investisiya layihəsinin sosial, ətraf mühitə
və yeni iş yerlərinin açılmasına təsiri;
9.6.6. investisiyanın həcminin səlahiyyətli
orqanın müəyyən etdiyi minimal həddə
uyğunluğu.
9.7. Ərizəçi
tərəfindən təqdim olunan investisiya layihəsinin bu əsasnamənin
9.6-cı bəndində nəzərdə tutulan meyarlara
uyğunluğu səlahiyyətli orqanın müəyyən
etdiyi qaydaya əsasən idarəedici təşkilat tərəfindən
qiymətləndirilir.
9.8.
İdarəedici təşkilat təqdim olunan ərizəyə
və ona əlavə olunan sənədlərə
baxılmasının nəticəsi əsasında ərizənin
qeydiyyata alındığı tarixdən 15 (on beş)
iş günündən gec olmayaraq ərizəçinin sənaye
parkının rezidenti kimi qeydiyyata alınması və ya
qeydiyyata almaqdan imtina olunması haqqında əsaslandırılmış
qərar qəbul edir.
9.9. Ərizəçinin
sənaye parkının rezidenti kimi qeydiyyata alınmasından
aşağıdakı hallarda imtina olunur:
9.9.1. ərizəçi tərəfindən təqdim
olunan investisiya layihəsi bu əsasnamənin 9.6-cı bəndində
göstərilən meyarlara uyğun olmadıqda;
9.9.2. ərizədə və ona əlavə olunan sənədlərdə
düzgün olmayan məlumatlar olduqda.
9.10. Ərizəçinin
sənaye parkının rezidenti kimi qeydiyyata alınması
haqqında qərar qəbul olunduqdan 5 (beş)
iş günündən gec olmayaraq ona səlahiyyətli
orqanın təsdiq etdiyi formaya uyğun sənaye
parkının qeydiyyat şəhadətnaməsi verilir. Hüquqi və fiziki şəxslər sənaye
parkının qeydiyyat şəhadətnaməsini
aldıqları gündən sənaye parkının rezidenti
hesab edilirlər. Sənaye parkının
rezidentlərinin reyestrinin aparılması qaydası səlahiyyətli
orqan tərəfindən müəyyən olunur.
9.11. Sənaye
parkının rezidenti qeydiyyat şəhadətnaməsini
aldıqdan sonra 30 (otuz) gün ərzində operatorla sənaye
parkında sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə dair müqavilə və səlahiyyətli
orqanın təsdiq etdiyi nümunəvi formaya uyğun idarəedici
təşkilatla sənaye parkının ərazisində
dövlət mülkiyyətində olan torpaq sahəsinin (sahələrinin)
icarə müqaviləsini bağlayır.
9.12.
Operatorla sənaye parkının rezidenti arasında sənaye
parkında fəaliyyətə dair bağlanan müqavilədə
aşağıdakılar öz əksini tapmalıdır:
9.12.1. sənaye parkının ərazisində həyata
keçiriləcək sahibkarlıq fəaliyyəti növləri,
görüləcək iş və xidmətlər;
9.12.2. sənaye parkının ərazisinə qoyulacaq
investisiyanın həcmi, istehsal sahələrinin və digər
obyektlərin qurulması və yerləşdirilməsi şərtləri,
məhsul (iş, xidmət) istehsalına başlama tarixi;
9.12.3. infrastrukturdan və istehsal sahələrindən
istifadəyə, operator tərəfindən göstərilən
xidmətlərə görə haqqın məbləği;
9.12.4. müqavilənin müddəti;
9.12.5. tərəflərin hüquqları, öhdəlikləri
və məsuliyyəti;
9.12.6. tərəflər arasında yaranan mübahisələrin
həlli qaydası.
9.13. Sənaye
parkının rezidentinin vəzifələri
aşağıdakılardır:
9.13.1. öz fəaliyyətini bu əsasnaməyə
və operatorla bağlanmış müqaviləyə
uyğun təşkil etmək;
9.13.2. icarə haqlarını və sənaye
parkının saxlanılması ilə bağlı xərcləri
ödəmək;
9.13.3. bu əsasnaməyə və Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq müəyyən
edilmiş hesabatları tərtib etmək və aidiyyəti
üzrə təqdim etmək.
9.14. Sənaye
parkında sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə dair müqavilə tərəflərin
razılaşması ilə müəyyən edilən, lakin sənaye
parkının fəaliyyət müddətindən çox
olmayan müddətə bağlanılır. Müqavilənin
müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən
biri müqavilənin ləğv edilməsi ilə
bağlı digər tərəfə bildiriş təqdim etməmişdirsə,
müqavilə həmin müddətə uzadılmış
hesab edilir.
9.15. Sənaye
parkının rezidenti müqavilədə göstərilən
istehsal sahəsinin qurulması, tələb olunan
investisiyanın qoyulması, məhsul istehsalına
başlanılması ilə bağlı öhdəliklərini
müəyyən olunmuş müddətdə icra etmədikdə
operator sənaye parkının rezidentinə bildiriş təqdim
edir. Bildirişdə sənaye parkının
rezidentinə qeyd olunan işlərin başa
çatdırılması üçün əlavə olaraq
bir ildən çox olmayan müddət təyin edilir.
9.16. Sənaye
parkında sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə dair imzalanmış müqaviləyə
aşağıdakı hallarda xitam verilir:
9.16.1. müqavilənin müddəti başa
çatdıqda;
9.16.2. altı ay əvvəlcədən operatora xəbərdarlıq
etməklə sənaye parkının rezidentinin tələbi
ilə;
9.16.3. sənaye parkının rezidenti müqavilədə
göstərilən istehsal sahəsinin qurulması, tələb
olunan investisiyanın qoyulması, məhsul istehsalına
başlanılması ilə bağlı öhdəliklərini
bu əsasnamənin 9.15-ci bəndinə uyğun olaraq verilən
bildirişdə müəyyən olunmuş müddətdə
icra etmədikdə operatorun təşəbbüsü ilə;
9.16.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulan digər hallarda.
9.17. Bu əsasnamənin
9.16-cı bəndində göstərilən əsaslarla sənaye
parkında sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə dair müqaviləyə xitam verilməsi
torpaq sahəsinin icarə müqaviləsinin, sənaye
parkının rezidentinin qeydiyyatının və qeydiyyat
şəhadətnaməsinin ləğvinə səbəb
olur.
9.18. Bu əsasnamənin
9.16-cı bəndində göstərilən əsaslar üzrə
sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə dair müqaviləyə xitam verildikdə
sənaye parkının rezidenti aşağıdakılardan
birini seçməklə mülkiyyətində olan istehsal sahəsinin,
avadanlıq və qurğuların müqəddəratını
müəyyən edir:
9.18.1. sənaye parkının rezidenti tərəfindən
istehsal sahəsinin, avadanlıq və qurğuların özgəninkiləşdirilməsi;
9.18.2. sənaye parkının rezidenti tərəfindən
istehsal sahəsinin, avadanlıq və qurğuların
sökülərək aparılması və ya məhv edilməsi
(utilizasiyası);
9.18.3. istehsal sahəsinin, avadanlıq və
qurğuların operator tərəfindən sökülməsi,
daşınması və ya məhv edilməsi
(utilizasiyası) və həmin işlərlə bağlı
xərclərin sənaye parkının rezidenti tərəfindən
ödənilməsi.
9.19.
İdarəedici təşkilat və sənaye parkının
operatoru bu əsasnamənin 9.18-ci bəndində göstərilən
məsələlərin həllində sənaye
parkının rezidentinə kömək göstərmək vəzifəsini
daşıyır.
9.20. Bu əsasnamənin
9.18.1-ci yarımbəndində göstərilən halda istehsal
sahəsini əldə edən hüquqi və fiziki şəxslər
bu əsasnamənin 9-cu hissəsi ilə müəyyən
olunmuş qaydada sənaye parkının rezidenti kimi qeydiyyatdan
keçməlidirlər.
9.21. Sənaye
parkının rezidenti qeydiyyatına və sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsinə dair imzalanmış
müqaviləyə xitam verilməsindən inzibati qaydada və
məhkəməyə şikayət etmək hüququna malikdir.
10. Sənaye
parkında stimullaşdırıcı tədbirlər
10.0. Sənaye
parkı ilə bağlı aşağıdakı
stimullaşdırıcı tədbirlər müəyyən
edilə bilər:
10.0.1. vergi və gömrük sahəsində
stimullaşdırıcı tədbirlər;
10.0.2. sənaye parkının infrastrukturla təmin edilməsi;
10.0.3. torpaq sahəsinin icarə haqqının
aşağı həddində müəyyən edilməsi;
10.0.4. güzəştli kreditlərin verilməsi;
10.0.5. inzibati prosedurların sadələşdirilməsi;
10.0.6. sahibkarlıq fəaliyyətinin səmərəli
həyata keçirilməsi üçün xidmətlərin
təşkili;
10.0.7. istilik və elektrik enerjisinin, suyun və
qazın satışına, tullantı sularının
axıdılmasına və məişət
tullantılarının yığılmasına görə
güzəştli tariflərin tətbiqi.
11. Sənaye
parkının torpaq sahələrindən istifadə
11.1. Sənaye
parkının ərazisində dövlət mülkiyyətində
olan torpaq sahələri üzərində idarəetmə sənaye
parkının fəaliyyəti müddətində idarəedici
təşkilat tərəfindən həyata keçirilir.
11.2. Sənaye
parkının torpaq sahələrinin istifadə olunması sənaye
parkının rezidenti ilə idarəedici təşkilat
arasında bağlanılan icarə müqaviləsi əsasında
həyata keçirilir.
11.3. Sənaye
parkının ərazisində torpaqlar sənaye
parkının rezidentlərinə sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsinə dair imzalanmış
müqavilənin müddətinə uyğun olaraq icarəyə
verilir.
11.4. Sənaye
parkının rezidentinə icarəyə verilmiş torpaq sahəsinin
digər şəxslərə subicarəyə verilməsinə
və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə
dair müqavilədə göstərilməyən məqsədlər
üçün istifadəsinə yol verilmir.
11.5. Sənaye
parkında sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə dair imzalanmış müqaviləyə
xitam verilməsi sənaye parkının rezidenti ilə
imzalanmış torpaq icarəsi müqaviləsinin ləğvi
üçün əsasdır.
12. Sənaye
parkında texniki tənzimləmənin xüsusiyyətləri
Sənaye
parkında maddi-texniki bazanın, məhsul istehsalının,
işlərin görülməsinin və xidmətlərin
göstərilməsinin müasir səviyyəsinə
uyğunlaşdırılması məqsədi ilə məhsullara,
istehsal metod və proseslərinə, şəhərsalma və
tikinti, quraşdırma, sazlama, istismar, saxlanma, daşınma,
qablaşdırma, etiketləmə və utilizasiya, habelə
sanitar-epidemioloji, ekoloji, əməyin mühafizəsi, texniki təhlükəsizlik,
yanğın və radiasiya təhlükəsizliyi
qaydalarına, işlərin görülməsi və göstərilməsinə dair məcburi
texniki tələbləri müəyyən edən Azərbaycan
Respublikasının texniki normativ hüquqi aktları
olmadıqda, "Standartlaşdırma haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq analoji beynəlxalq
(regional) və dövlətlərarası standartlar, normalar,
qaydalar və tövsiyələr tətbiq edilir.
13. Sənaye
parkında şəhərsalma və tikinti fəaliyyəti
13.1. Sənaye
parkında şəhərsalma və tikinti fəaliyyətinin
həyata keçirilməsi üçün qüvvədə
olan ərazi planlaşdırma sənədləri tətbiq
olunur.
13.2. Sənaye
parkında tikintiyə və tikinti obyektinin istismarına icazənin
verilməsi ilə bağlı qərarın qəbul edilməsi
üzrə inzibati icraat Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə və "İnzibati
icraat haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.
14. Birgə
sənaye parkı
14.1.
Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə
olan torpaqlarda birgə sənaye parkı yaradıla bilər. Birgə sənaye parkının yaradılması
haqqında qərar dövlət torpaqlarına münasibətdə
səlahiyyətli orqanın təklifinə əsasən Azərbaycan
Respublikasının Prezidenti, bələdiyyə
torpaqlarına münasibətdə müvafiq bələdiyyə
və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə
xüsusi mülkiyyətçi tərəfindən qəbul
edilir.
14.2. Birgə
sənaye parkının fəaliyyətinin təşkili və
idarə olunması xərcləri dövlətin, bələdiyyənin
və xüsusi mülkiyyətçinin iştirak payına
uyğun olaraq müəyyən edilir.
14.3. Birgə
sənaye parkının fəaliyyətinin təşkili və
idarə olunması qaydası səlahiyyətli orqan tərəfindən
müəyyən edilir.
15. Sənaye
parkının yaradılması və fəaliyyəti ilə
bağlı işlərin maliyyələşdirilməsi
Sənaye parkının yaradılması və fəaliyyətinin
təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici
təşkilatın əldə etdiyi gəlirlər və
qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
16. Sənaye
parkının ləğv edilməsi
16.1. Sənaye
parkının yaradılması haqqında qərar qəbul
edildikdən sonra 5 (beş) il ərzində
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə
dair heç bir müqavilə bağlanmadıqda və ya əvvəl
bağlanmış müqavilələr qüvvədən
düşdükdə, sənaye parkı ləğv edilir.
16.2. Sənaye
parkının ləğv edilməsi haqqında qərar qəbul
edildiyi tarixdən 1 (bir) ay sonra qüvvəyə minir.
16.3. Sənaye
parkının ləğv edilməsi onun idarəedici təşkilatının
və operatorunun ləğvinə səbəb olmur. Sənaye parkının ləğv edilməsi onun rezidenti
olmuş hüquqi və fiziki şəxslərin həmin ərazidə
fəaliyyətlərini davam etdirmələrinə mane olmur.
Azərbaycan.-2013.- 25 aprel.- S.11.