Azərbaycan Prezidenti İlham Əliyev İslam
Əməkdaşlıq Təşkilatının
baş katibini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də
İslam Əməkdaşlıq Təşkilatının
baş katibi Ekmələddin İhsanoğlunu qəbul
etmişdir.
Ekmələddin
İhsanoğlu ölkəmizə hər gəlişi
zamanı böyük inkişaf prosesinin şahidi olduğunu
dedi. O, Azərbaycanın təşkilatçılığı
ilə İslam Əməkdaşlıq Təşkilatının
üzvü olan ölkələrin əmək nazirliklərinin
yüksək səviyyəli rəsmilərinin iclasının
Bakıda keçirilməsini əməkdaşlığımızın
yaxşı nümunəsi kimi dəyərləndirdi. Baş
katib təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın
inkişaf etdirilməsində Azərbaycanın rolunu xüsusi
qeyd etdi.
Azərbaycanda
gedən sürətli inkişaf proseslərinə toxunan
dövlətimizin başçısı bu baxımdan son illərdə
Bakıya və respublikanın digər regionlarına sərmayə
qoyuluşunun artmasının önəmini qeyd etdi. Prezident
İlham Əliyev qeyri-neft sektorunda əldə edilən nailiyyətlərin
əhəmiyyətini xüsusi vurğuladı. Dövlətimizin
başçısı İslam Əməkdaşlıq Təşkilatının
üzvü olan ölkələrin əmək nazirliklərinin
yüksək səviyyəli rəsmilərinin iclasının
Bakıda keçirilməsini təşkilata
üzv olan dövlətlər arasında əməkdaşlığın
daha da genişləndirilməsi işinə xidmət edəcəyinə
əminliyini bildirdi.
Görüşdə
Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı
arasında əməkdaşlığın bütün
istiqamətlərdə uğurlu inkişafından məmnunluq
ifadə olundu, Azərbaycanın bu təşkilatın
bütün strukturlarında fəal əməkdaşlıq
etməsinin əhəmiyyəti qeyd edildi, bu əməkdaşlığın
daha da genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 26 aprel.- S. 2.