A.A.Əli-zadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər
Akademiyasının Nizamnaməsi"nin 4-cü bəndinə
uyğun olaraq və Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan
Milli Elmlər Akademiyasının ümumi
yığıncağında Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi
oğlu Əli-zadə bu vəzifəyə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 aprel
2013-cü il
Azərbaycan.-2013.- 26 aprel.- S.2.