Latviya Prezidenti Andris Berzinş Sumqayıt Texnologiyalar Parkında olmuşdur
Latviya Prezidenti Andrişin Berzinş Azərbaycana rəsmi səfəri
Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Respublikasının
Prezidenti Andris Berzinş aprelin 25-də Sumqayıt Texnologiyalar Parkında (STP) olmuşdur.
Latviya Prezidenti Andris Berzinşə məlumat verilmişdir ki, 17 zavoddan ibarət olan STP-də müxtəlif çeşidli
məhsullar, o cümlədən
kabellər, transformatorlar,
yüksək gərginlikli
avadanlıq, hidroturbinlər,
su nasosları, elektrik mühərrikləri,
borular, texniki qazlar istehsal edilir.
Elektrik avadanlıqlarının istehsalı
zavodu ilə tanış olan Latviya Prezidentinin
diqqətinə çatdırılmışdır
ki, müəssisə
STP-nin tərkibinə
daxil olan ən iri və
müasir istehsalatlardan
biridir. Hazırda zavodda müxtəlif ölçülü 0,4 kilovoltluq elektrik dolabları, smart-card tipli sayğac dolabları, 6-10 kilovoltluq elektrik avadanlıqları istehsal edilir. Yaxın vaxtlarda 35-110 kilovoltluq
elektrik avadanlıqlarının
və ölçü
transformatorlarının da
istehsalı planlaşdırılır.
Latviya dövlətinin
başçısı avtobusla
zavodun ərazisini gəzmişdir.
Kabel zavodunun fəaliyyəti ilə tanışlıq zamanı Prezident Andris Berzinşə məlumat verilmişdir ki, burada 400 voltdan 110 kilovoltadək polimer örtüklü güc kabelləri hazırlanır. İllik istehsal gücü
20 min ton olan zavodun özünəməxsusluğu ondadır ki, müəssisədə alüminium,
dəmir və qurğuşun zirehli sualtı kabellər də hazırlanır.
Bu ilin sonunadək
zavodun ikinci hissəsi işə düşəcəkdir. Bununla da
Cənubi Qafqazda yalnız burada 500 kilovoltadək güc kabelləri istehsal etmək mümkün olacaqdır.
Sonra ali qonaq
polimer məhsulları
istehsalı zavodu ilə tanış olmuşdur.
Qeyd edilmişdir
ki, zavod sutkada 396 ton polietilen boru istehsal etmək
gücünə malikdir. Burada quraşdırılan
yeni xətlərdə
diametri 16 millimetrdən
800 millimetrədək olan
borular istehsal etmək mümkündür.
Zavodun məhsulları müasir tələblərə cavab
verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, korroziyaya uğramır və onlara 50 il zəmanət
verilir. Buradakı xətlərin hər
biri saatda 1300 kiloqram polietilen boru emal etmək
gücünə malikdir.
Zavodda diametri 50 millimetrdən 250 millimetrədək
olmaqla istehsal edilən drenaj boruları, həmçinin
qızdırıcı xətlərin
çəkilməsi üçün
nəzərdə tutulan
polipropilen borular da ən müasir
tələblərə uyğun
şəkildə, yüksək
keyfiyyətlə istehsal
olunur.
Qaynar sinkləmə zavodu ilə tanışlıq zamanı ali
qonağa məlumat verilmişdir ki, müəssisənin məhsuldarlığı
ildə 40 min ton təşkil
edir. Burada uzunluğu 15 metrə
qədər olan polad məmulatların sinklənməsinə tam şərait
vardır. Zavodda tətbiq
edilmiş texnologiyalar
yüksək effektiv və ekoloji təmiz istehsal prosesini təmin edir.
Ağır maşınqayırma zavodu ilə tanış olan Latviya Prezidentinin
diqqətinə çatdırılmışdır
ki, burada 10, 110, 220 və 330 kilovoltluq elektrik ötürücü
xətlərin dayaqları
hazırlanır. Burada həmçinin
energetika avadanlığının
təmiri həyata keçiriləcəkdir.
Qeyd edildi ki, zavodun illik
istehsal gücü 50
min tondur. Bu cür
gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin
daha da genişləndirilməsi
nəzərdə tutulur.
Zavod məhsullarını xarici
bazarlara çıxarmağı
da planlaşdırır.
Sonda
Latviya Prezidenti Andris Berzinş dəqiq emal mərkəzləri
zavodu ilə də tanış olmuşdur.
Azərbaycan.-2013.- 26 aprel.- S.9.