Veteranlar Prezident
İlham Əliyevə minnətdarlıq edirlər
Prezident
İlham Əliyevin aprelin 23-də imzaladığı
"1941-1945-ci illər Böyük Vətən müharibəsi
iştirakçılarına, həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım verilməsi barədə" sərəncamını
Respublika Veteranlar Şurasının üzvləri dərin
razılıq hissi ilə qarşılamışlar.
Şuranın
sədri Əlövsət Baxışov demişdir ki, dövlət
başçısı İlham Əliyev veteranlara daim yüksək
diqqət və qayğı göstərir. Prezidentin bu sərəncamı
da biz veteranların maddi rifahının
yaxşılaşdırılmasına dövlət
qayğısının daha bir parlaq nümunəsidir. Biz
veteranlar Prezidentimizin siyasətini dəstəkləyir,
xalqımızın və ölkəmizin gələcəyi
naminə gördüyü işlərdə dövlət
başçısına yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan.-2013.- 26 aprel.- S.9.