Cənubi Afrika Respublikasının
Prezidenti zati-aliləri cənab
Ceykob Gedleyihlekisa Zumaya
Hörmətli
cənab Prezident!
Cənubi
Afrika Respublikasının milli bayramı - Azadlıq
günü münasibətilə Sizə və bütün
xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram
ki, dövlətlərarası münasibətlərimizin
inkişafı yolunda atdığımız
qarşılıqlı addımlar dostluq əlaqələrimizin
və əməkdaşlığımızın daim
genişlənməsi və möhkəmlənməsi
üçün yeni imkanlar açacaqdır.
Bu
xoş gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
xalqınıza daim sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 19 aprel 2013-cü il
Azərbaycan.-2013.- 27 aprel.- S.1.