Avropa İttifaqı çərçivəsində
əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də
Rumıniya üçün faydalı olacaqdır
Aprelin
26-da Azərbaycan Respublikanın Baş naziri Artur Rasizadə
ölkəmizə səfərə gəlmiş
Rumıniyanın xarici işlər naziri Titus Korlateanın
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, görüşdə Azərbaycan ilə Rumıniya
arasında ikitərəfli əlaqələrin uğurla
inkişaf etdiyi vurğulanmışdır. Ölkələrimiz
arasında münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsində olduğu bildirilməklə, iqtisadi əməkdaşlığımızın
daha da genişləndirilməsi üçün böyük
potensialın mövcudluğu qeyd edilmişdir. Söhbət
zamanı görülən işlər və perspektivlər
müzakirə edilməklə, energetika, kənd təsərrüfatı,
maşınqayırma, ticarət, turizm və başqa sahələrdə,
habelə Avropa İttifaqı çərçivəsində
əməkdaşlığın genişləndirilməsinin
hər iki tərəf üçün faydalı
olacağı nəzərə
çatdırılmışdır.
Daha
sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə qonağa ətraflı məlumat
verən Baş nazir Artur Rasizadə, bəzi beynəlxalq
qurumların problemə ikili standartla
yanaşdığını xatırlatmış, bunun məsələnin
beynəlxalq hüquq normaları çərçivəsində,
respublikamızın ərazi bütövlüyünün təmin
olunması şərtləri ilə həllinə alternativ
olmadığını vurğulamışdır.
Qəbulda
tərəfləri maraqlandıran bir sıra digər məsələlər
ətrafında da fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 27 aprel.- S.1.